İlkin Rüstəmzadə

Source: Meydan TV

Caption: İlkin Rüstəmzadə

Sülhməramlı ayı və ya Putinin şər kabusu

Article was updated on :  15 November 2020

Dünyanın çoxəsrlik tarixindən çıxan dərs

Son günlər Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı cəmiyyətdə qızğın müzakirələr getməkdədir. Ən çox narahatlıq doğuran səbəb, son 300 illik tarixində bircə dəfə belə sülh qorumayan, latent işğalçı Rusiya dövlətinin gecə ilə müxtəlif təhdidlərin ardınca özünü Qarabağa soxmasıdır.

Bunu qələbə, bayram kimi qeyd edənlər çoxluqdadır və cəmiyyət baş verənin mahiyyəti barədə məlumatsızdır.

Bir neçə gündür cəmiyyətin pasifist, sülh tərəfdarı kəsimi rus ordusunun gəlməsinə etiraz edənləri sərt şəkildə tənqid edir. Deyirlər, müharibəni dəstəkləyəndə, bilmirdiniz belə olacaq?

Halbuki, işğalçı rus ordusunun gəlişinə ən çox onlar etiraz etməliydilər, məntiqlə.

Dövlətin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyü uğrunda separatçılara qarşı apardığı əməliyyatlara qarşı çıxmaq necə məntiqsizdirsə, rus ordusunun gəlməsinə susqun qalmaq və səs çıxaranları söymək o qədər qaranlıqdır.

Mənim fərd olaraq etirazımın səbəbi, tarixin oxşar dərslərlə zəngin olması və bu dərslərdən xəbərdar olmağımdır.

Əlbəttə, tarix hər hadisəyə avtomatik tətbiq olunacaq hazır reseptlər vermir, amma müqayisələr üzrə əla şəkildə öyrədir. Bunlardan ən vacibinə nəzər salaq.

1918-ci ilin noyabrın ayında Almaniyanın təslim olmasıyla Avropanı 4 ildir qanına qəltan edən I Dünya Müharibəsi sona çatdı. Qalib dövlətlər və bütün dünya Parisin Versal sarayına toplandı. 1 ildən artıq davam edən konfrans çox sərt müzakirələrlə keçdi. Ərazisində müharibə gedən və şimalı viran qalan Fransa Almaniyanın bir daha təhdid olmaması üçün parçalanmasını və orta əsrlərdəki vəziyyətinə qayıtmasını istəyirdi. Lakin ABŞ buna qarşı çıxırdı, çünki, bu, ABŞ prezidenti Vudro Vilsonun elan etdiyi öz müqəddəratını təyinetmə prinsipinə uyğun deyildi. İngiltərə isə Almaniyadan yüklü miqdarda təzminat istəyirdi.

Vudro Vilson

Vudro Vilson

Source: google.az

Müzakirələrin dominantı olan ABŞ Fransanın istədiyindən az, Almaniyanı incik salmaq üçün isə həddindən artıq olan şərtlərə razılaşdı. Fransa bütöv Almaniyanın gec-tez Fransanı yenidən işğal edəcəyindən narahat olaraq, ABŞ ordusunun Fransada daimi qalmasında israr etdi. Vilson bunu qəbul etsə də, senat bu təklifi rədd etdiyinə görə Vilson fikrini dəyişdirdi və ABŞ ordusunu Avropadan çəkmək qərarı verdi. Bununla da 95 milyon insanın ölümünə səbəb olan II Dünya Müharibəsini əllərilə inşa etmiş oldu.

Müqavilə imzalanandan sonra, Antanta ordularının baş komandanı Ferdinand Foş:

"Bu, sülh deyil, iyirmi il müddətinə atəşkəsdir. Almaniya bu müddətdə özünə gələcək və 20 il sonra, daha bir dünya müharibəsi başlayacaq. Bu dəfə Şərqdə, Polşa və Çexoslovakiyada" demişdi və dedikləri peyğəmbərcəsinə dəqiqliklə reallaşdı.

Çünki ortada əlahəzrət fakt var idi. Alçaldılmış, ağır şərtlərə məcbur edilmiş, əraziləri əlindən alınmış Almaniya, nə qədər qəribə olsa da müharibədən əvvəlkindən qat-qat güclü geosiyasi mövqeyə yiyələnirdi. Müharibədən əvvəl iki qüdrətli dövlətlə-Fransa və Rusiya ilə- əhatələnən Almaniya, müharibədən sonra çoxlu kiçik və möhkəm ənənəsi olmayan dövlətlərlə əhatələnirdi.

Ferdinand Foş

Ferdinand Foş

Source: google.az

Versal müqaviləsi o qədər bərbad idi ki, qalib Fransanı ümidsizliyə və daha bir potensial müharibəyə, məğlub Almaniyanı isə gələcək Avropa hegemoniyasına aparırdı.

Birinci Dünya Müharibəsindən sonra diplomatların etdiyi səhvlər II Dünya Müharibəsindən sonra təkrarlanmadı və əsl sülh tərəfdarı olan ABŞ generalı Marşal gəldi, Hitleri darmadağın etdi və sonra Dövlət Katibi kimi elə bir sistem qurdu ki, 300 ildir düşmən olan Almaniya və Fransa dost oldular, Avropa isə müharibəylə birdəfəlik vidalaşdı.

Dünyanın çoxəsrlik tarixindən çıxan dərs budur ki, əsl sülh tərəfdarı, “əşi, mənim vaxtımda müharibə olmasın, sonrası cəhənnəmə” deyən deyil, müharibəni yaradan şərtləri anlayan və bunun aradan qalxmasını istəyəndir.

Və indi, biz istəyimizin ziddinə ərazimizə işğalçı rus ordusunun daxil olmasından sonra, maksimum şəkildə diqqətli və ehtiyatlı olmalıyıq.

Versal Müzakirələri

Versal Müzakirələri

Source: google.az

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  15 November 2020
Featured in:  
Shortlink:   http://mtv.re/y89ejv

Most Viewed