Siyəzən şəhəri

Source: meydan tv

Caption: Siyəzən şəhəri

Siyəzən sakini: Əlimdə yaxşı işim olsaydı, ünvanlı sosial yardımı neynirdim?

''Üç aydır aparıb-gətirirlər, bezdirirlər''

Siyəzəndə rəsmi iş yerlərinin sayı azdır. Bu baxımdan, işsizlikdən əziyyət çəkən insanların dolanışığı da ağırlaşır. Gümanı ünvanlı sosial yardıma gələnlərin əksəriyyətinin bu ümidi də puç olur. Məsələn, Hikmət Ramazanov, Ələkbər Vəliyevin ailələri kimi...

Pay torpağı bəhanə edib sosial yardım vermirlər

Siyəzəndə yaşayan Hikmət Ramazanov deyir ki, ailəsi ağır vəziyyətdədir. Ünvanlı yardım üçün də çox müraciət ediblər, amma müsbət cavab ala bilməyiblər. Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsindən adına pay torpaq olduğuna görə ona ünvanlı sosial yardım düşmədiyini bildirirlər:

“Təxminən üç hektardı, onu da düz-əməlli istifadə eləmirik. Atam cüzi hissəsində ot, bəzən də arpa əkir. O torpaq bizim evə pul gətirmir. Çarəsizlikdən əkir onu da. Kənd yerində yaşayırlar. Ot olmasa, heyvan saxlamaq mümkün deyil”.

Hikmət Siyəzəndə dükanda işləyir. 300 manatdan bir az artıq maaş alır:

Hikmət Ramazanov

Hikmət Ramazanov

Source: meydan.tv

“Onun da 130 manatını kirayəyə verirəm. Bunun işığı, qazı, suyu var. Hamısının pulunu ödəmək lazımdı. Dörd nəfərlik ailəyik. Uşaqlar körpədi. Həyat yoldaşım işləmir, onlara baxır. Lap işləmək istəsə belə, iş yoxdu. Valideynlərim Yenikənddə yaşayır. Gərək onların yanında qalam. Oradan Siyəzənə işə gəlib-qayıtmaq mümkün deyil. İş saat 9-da bitir. Hər gün kəndə taksi ilə gedə bilmərəm axı...”

“Kimdən xeyir tuta bilirlərsə, ona da sosial yardım verirlər”

Hikmətin atası Qüdrət Ramazanov Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsini oğlundan daha çox ittiham edir. Danışır ki, Hikmət bütün sənədləri hazırlayıb, təqdim eləyib, amma görməzdən gəlirlər: “Deyirlər ki, Bakıya göndərmişik. Yəqin gizlədirlər, bizə demirlər. Üç aydır özüm soruşuram, aparıb-gətirirlər, bezdirirlər. Hiss olunur ki, həll eləmək istəmirlər”.

Qüdrət kənddə çətin şərtlər altında yaşadıqlarını deyir:

“Özümüz çətinliklə dolanırıq. Uşaqlara heç kömək eləyə bilmirik. Heç yerdə işləmirəm. Dörd dəfə əməliyyat olunmuşam. Həyat yoldaşım ikinci qrup əlildi. Cəmi 160 manat pensiya alır. Heç iynə-dərmanına bəs eləmir. Yoxsa uşağa da kömək eləyərik”.

Qüdrət iddia edir ki, Sosial Müdafiə Fondunun yerli şöbəsində ünvanlı sosial yardım alanlardan pul güdürlər:

“Sosial yardım kimlərə verilməlidi? Çətin vəziyyətdə yaşayanlara, çox az maaş alanlara. Süründürürlər. Bakıda da öz adamlarıdı. Yanımda telefonla danışıb mən eşidə-eşidə deyirlər ki, buna düşmür. Kimdən xeyir tuta bilirlərsə, ona da sosial yardım verirlər”.

“Dolanmaq mümkün deyil”

Siyəzəndə yaşayan Ələkbər Vəliyev də yerli sosial müdafiə şöbəsindən eyni səbəbdən imtina cavabı alıb. Pay torpağını bəhanə ediblər:

“O torpağın heç harada olduğunu da bilmirəm. Heç vaxt istifadə etməmişik. Kənddə həyat şəraiti çox ağırdı. İş üçün Siyəzənə köçdük. Burada da dolanmaq çətindi. Cəmi 200 manat maaş alıram”.

Qüdrət Ramazanov

Qüdrət Ramazanov

Source: meydan.tv

Ələkbər başqa heç bir gəlirinin olmadığını deyir. Onun da həyat yoldaşı işləmir, körpəsinə baxır. Siyəzəndə iş tapmaq imkanları da məhduddur:

“Bu işi də çətinliklə tapmışam. Nə qədər işsiz adam var. Dolanmaq mümkün deyil. Sosial yardıma çox ehtiyac var. Gedirik, ya torpağı bəhanə gətirirlər, ya da deyirlər ki, rəsmi iş yeri olmalıdı. Rəsmi iş yeri olanın, yaxşı məvacib alanın sosial yardıma necə ehtiyacı yarana bilər? Əlimdə yaxşı işim olsaydı, yardımı neynirdim? Məntiqi anlamaq olmur”.

Dövlət Sosial Müdafiə Fondundan isə bildirilib ki, qurumun yerli şöbəsinin cavabından narazı qalanlar yuxarı instansiyaya şikayət edə bilərlər:

“Rayon şöbəsində belə, əsassız ittihamlara cavab verilmir. Hər bir halda, şikayət edə bilərlər, araşdırılar”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/hy4ctw

Most Viewed