Vahid İsmayılov

Source: Foto: Meydan TV

Caption: Vahid İsmayılov

Şəmkir sakini: Qızımın müalicə pulunu sələmlə götürmüşdüm

Şikayətçi Heydər Əliyev Fonduna yazdığı məktublara cavab ala bilmir

Şəmkir sakini Vahid İsmayılovun qızı Aysun 10 ilə yaxındır göz xəstəliyindən əziyyət çəkir. Ata həm müalicə xərclərini ödəmək, həm də beş nəfərlik ailəni dolandırmaq üçün ağır işlərdə çalışır.

“Gecələr eynəklə də görmür”

Vahid İsmayılov deyir ki, qızı 2 yaşı olanda qıcolma keçirib, bundan sonra gözlərində çəplik yaranıb: “Müayinədən keçirdik, müalicələrə başladıq. Göz dibində xəstəlik aşkarlandı. Görmə qabiliyyəti gündən-günə zəifləyir. Sol gözü eynəklə heç 10 faiz görmür. Eynəyi çıxaranda tamamilə kor kimi olur. Gecələr heç eynəklə də bir metri seçə bilmir. Yanında adam lazımdı. Günorta növbəsində oxuyur, dərs axşamüstü bitir. Həyat yoldaşım da bütün işləri atıb onunla məşğul olmaq məcburiyyətindədir”.

Atası Aysunun müəllimlərindən razılıq edir. Deyir ki, qızının çox köməyinə gəlirlər: “Ön partada yer veriblər, amma yenə lövhəni görmür. Müəllimlər ora yazılanları qızıma ayrıca deyirlər ki, dəftərə köçürsün”.

“Fəhlə qazancı ilə uşaq müalicə elətdirmək olmur”

Vahid fəhlə işləsə də, bu illər ərzində qızının görmə qabiliyyətinin bərpası üçün əlindən gələni edib. Amma yaxşı nəticə qazanmağa gücü çatmadığını da bilir: “Fəhlə qazancı ilə uşaq müalicə elətdirmək olmur. Üç il ardıcıl müalicəyə apardım. Təkcə bir dəfə Göz Klinikasında 1500 manat xərcləmişdim. Uşağıma heç bir xeyri dəymədi. Halbuki, pulu sələmə götürmüşdüm”.

Ailə Aysunu əməliyyat etdirməyə hazırlaşır. Amma lazımi vəsaiti toplamaq inandırıcı görünmür.

“Cahid həkim var, o, hər şeyi boynuna götürüb. Növbə götürmüşük. Həkim özü üçün 1500 manat istəyir. Bilirəm ki, 500-600 da əlavə çıxacaq”, - Vahid İsmayılov danışır.

“İnternetdə yazdım, bir qardaş Rusiyadan 3 min rubl göndərdi”

Vahid İsmayılov sosial şəbəkədə dəfələrlə qızının dərdindən yazıb, insanlardan kömək istəyib. Adamlara ağız açmaq ataya ağır gəlir, amma başqa yol da qalmayıb.

“İnternetdə yazdım, bir qardaş Rusiyadan 3 min rubl göndərdi. Dəyişdim, 68 manat elədi. Bir nəfər də dünən zəng elədi ki, kart hesabın olsaydı, ora pul köçürərdim. Məbləğini demədi. Mən də gedib açdırdım, bank kartı iyunun 1-də verəcək”, - ata yalnız bu yerdə bir az ümidli danışır.

Vahid İsmayılov təkcə bu ay kömək üçün bir neçə dəfə yazıb, imkanlı və xeyirxah şəxslərə üz tutub. Ünvanını, telefon nömrəsini yazıb. Deyir ki, günəmuzd işləməklə uzağı 5-10 manat qazana bilir, bu isə qızını həkimə aparmağa imkan vermir. Ata, hətta ərzağa da çox ehtiyacı olduqlarını bildirir: “Qızımı bu vəziyyətdə görüb əlimdən heç nə gəlmədiyi üçün ürəyim partlayır...”

Vahid fəhlə işləsə də, bu illər ərzində qızının görmə qabiliyyətinin bərpası üçün əlindən gələni edib.

Vahid fəhlə işləsə də, bu illər ərzində qızının görmə qabiliyyətinin bərpası üçün əlindən gələni edib.

Source: Meydan TV

“Prezidentə, Mehriban xanıma yazmışdım”

Vahid İsmayılov “Prezidentə, Mehriban xanıma yazmışdım”,-deyir. Heydər Əliyev Fonduna müraciətinə göz gəzdiririk. Ata burada da ailəsinin çox ağır vəziyyətdə olmasından bəhs edib. Xahiş edib ki, onun qeyd olunan telefon nömrəsinə zəng vursunlar. Amma indiyə qədər zəng gəlməyib: “Heç olmasa, yazsınlar ki, qeydiyyata aldıq, baxacağıq. Ümumiyyətlə, heç bir cavab gəlmir. Səhiyyə Nazirliyindən də cavab gəlməmişdi”.

Şəmkir sakini karantin rejiminə görə iki aya yaxın işləyə bilməyib. Bir həftədir günəmuzd işləməyə başlayıb:

“Bir gün ac, bir gün tox olsa da, birtəhər yaşamağa çalışırıq. Bir əmim var, sağ olsun, karantin günlərində gətirib 50 manat verdi. Dedi, əlimdən bu gəlir, heç olmasa, uşağın ac qalmasın”.

Ailə sosial yardım almağa da cəhd edib. Vahid İsmayılovun dediyinə görə, rəsmi iş yerinin olmamasını bəhanə gətirirlər: “Tam əminəm ki, bizim ailəyə sosial yardım düşür. Neçə dəfə getmişəm. Deyirlər ki, dövlət işində işləməlisən. Mən dövlət işində işləsəm, ayda 500-600 manat alsam, heç sosial yardıma ehtiyac da duymaram. Sosial yardım üçün ehtiyac dərdindən ağız açırıq da. Biri deyir, bir ayı mənim olacaq, o biri deyir, iki ayı mənim olacaq. Özüm də bezdim”.

Ata çarəsiz görünür. İndi əlindən yalnız sosial şəbəkələrdə yazıb insanlardan kömək istəmək gəlir.

Bayram günləri olduğundan Meydan TV Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyilənlərə münasibət öyrənə bilməyib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/853lxs

Most Viewed