Vidadi Abdullayev

Source: meydan tv

Caption: Vidadi Abdullayev

Sahibkar: Bir çarəm qalır, ailəmlə Prezident Administrasiyasının qarşısında özümüzü yandırmaq

Sabirabadlı iş adamı illərdir yerli məmurlarla mübarizə apardığını deyir

Bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin məmur özbaşınalığından şikayətləri hər həftə mətbuatın səhifələrində yer alır. Bu sahibkarlar deyir ki, şikayətlərin əksəri mərkəzi hakimiyyətə gec çatır, yaxud onlar məlumatlandırılsa da, məktublar yenidən qanunsuzluğu edən yerli icra strukturlarına göndərilir. Nəticədə problemlər həll edilməmiş qalır və sahibkarların narazılığı etiraz dalğasına çevrilir. Bu vəziyyətdə bəzi iş adamları ölkəni tərk edir, digərləri taleyi ilə barışıb sahibkarlıqdan uzaqlaşırlar.

Sabirabad rayonundakı “Əvəzsiz Quran” Kooperativinin sədri, birinci Qarabağ müharibəsi veteranı, “N” saylı hərbi hissənin Qərargah rəisi olmuş Vidadi Abdullayev də Meydan TV-yə illərdir yerli icra strukturları, polis, məhkəmə tərəfindən qarşılaşdığı qanunsuzluqlardan danışıb.

- Vidadi müəllim, “Əvəzsiz Quran” Kooperativini nə vaxt qurmusunuz?

- Kooperativi 1989-cu ildə təsis etmişəm, bu, elə bir dövr idi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində ictimai-siyasi durum gərgin mərhələyə qədəm qoyurdu. Mənim o zaman maliyyə imkanlarım pis deyildi. Sabirabad Rayon Partiya Komitəsinə 3 dəfə müraciətimdən sonra Gülabbas Xəlilov adına kolxozdan 50 illiyinə 20 hektar torpaq ayrıldı, bu, rayon Xalq Deputatları Sovetinin qərarı ilə verildi. 20 hektarın 5 hektarında tikinti işlər aparıldı, 2 hektar baş-su kanalı, 13 hektar isə qarışıq oldu, tikinti və əkin üçün ayrıldı. Təsəvvür edin ki, ilkin olaraq 26 milyon manatla ərzaq və tikinti istehsal müəssisələri yaratdım. Çox çətin vaxtlar idi, neft-yanacaq, tikinti materialları tapmaq müşkil məsələydi, bir zəngimlə Rusiyanın istənilən vilayətindən adlarını çəkdiklərimi gətirə bilirdim.

- Hansı imkanlar vasitəsilə bu materialları gətirə bilirdiniz?

- Mənim SSRİ Dövlət Aqropromda dostlarım vardı, onlarla telefon əlaqəsi saxlayır və sonra hesablarına pulu köçürürdüm. Yaratdığım istehsal müəssisələri iş yeri idi, ilkin olaraq Ermənistandan köçkün düşənlərdən 18 nəfər, Özbəkistandan isə 10 nəfəri müəssisələrdə işə götürdüm.

Biznes-Plan

Biznes-Plan

Source: meydan.tv

“İcra başçısı məndən 100 min dollar rüşvət istədi”

- Müəssisələrin profili nədən ibarət idi?

- Məsələn, 20-30 nəfərin çalışdığı istixanalar vardı. Saratovdan 500 ədəd ana ördək gətirdim və fermalarda 10 min ədəd ördək yetişdirdim, bax, orda adamlar işləyirdi. Xaricdən müasir tələblərə cavab verən avadanlıqlar gətirdib Asfalt Zavodu, montaj, qapı-pəncərə sexləri açdıq. Ayda 70 min kərpic, 25 min daş istehsal edirdik, indi bunun dövriyyəsini nəzərə alın da. Təxminən 400-dən çox adam işləyirdi. Söhbət 1990-cı ildən gedir. Artıq həmin vaxt böhran dövrünü yaşayan SSRİ-də istehsal müəssisələri arasında əlaqələr zəifləyirdi. İş o qədər sürətlə gedirdi ki, o zamankı Baş nazir Həsən Həsənov rayona gələndə, bizim kooperativə də baş çəkmişdi. 1992-ci ildə zabit olduğum üçün məni müharibəyə çağırdılar, elə bir zaman idi ki, imtina edə bilməzdim və bütün işləri qardaşıma tapşırıb cəbhəyə getdim. N saylı hərbi hissədə polk qərargah rəisi təyin olundum və sonradan Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarındakı döyüşlərdə iştirak etdim. Kəlbəcərdə olanda qardaşım zəng etdi ki, Zəngilan və Cəbrayıldan köçkünləri ərazidə yerləşdirilməsi haqda rayon Xalq Deputatları Sovetinin xahişi var, nə deyirsən. Cavab verdim ki, nəinki kooperativdə, yeri gəlsə, evimdə də yerləşdir. 1999-cu ilə qədər məcburi köçkünlərin hər cürə qayğılarına qaldım, Nizami kəndində torpaqlara 5 milyon manat icarə haqqı ödədim ki, istifadə etsinlər, 2 milyon manata yaxın əmlaklarına ödədim, özlərinin də dövlətə ödədiyim bu vergidən xəbəri yox idi. Bunların qarşılığında nə qazandım, rayon Aqrar İslahat Komissiyası 17 oktyabr 1999-cu ildə 5 hektarda olan tikililərimi Cəbrayıl köçkünlərinə vermək adıyla zor gücünə əlimdən aldı.

- O zaman icra başçısı kim idi?

- Deputat Səmayə Piriyeva, yeni icra başçısı qoyulmuşdu.

- Nə üçün tikililəri aldılar?

- 100 min dollar rüşvət istədi, mən də vermədim və qarşılığında təzyiq gördüm. Son ümid yerim möhtərəm ulu öndərimiz Heydər Əliyevə qaldığından 2000-ci ilin 12 yanvarında ona müraciət etdim. Bu müraciətə qədər rayon prokuroruna, polis rəisinə saysız-hesabsız müraciətlər etsəm də, cavab verilmədi. Prezidentə müraciətimdən sonra Dövlət Torpaq Komitəsi 7 təşkilatın iştirakıyla 2001-ci ilin 7 yanvar tarixində kooperativin ərazisində araşdırmaya başladı. Aktda göstərildiyi kimi 5 hektarın 2,65 sotu tikililərin, 1.20 sotu meyvə ağaclarının, 0.80 sotu prudların, yerdə qalan 40 sotu isə yabanı şitilliklər üçün idi. Yanvarın 20-də rayon Aqrar İslahat Komissiyası, icra başçısı Bəylər Xancanov və Torpaq Şöbəsinin müdiri Vəli Əliyev ulu öndərə məktublarında məni fiziki şəxs kimi göstərdi. Bununla da növbəti təzyiqlər başladı, deyirdilər ki, uşaqlarını məktəbdən qovacağıq və s. Dərhal milli təhlükəsizlik naziri Namiq Abbasova və prezident Heydər Əliyevə teleqram vurub ailəmə təqyiqlərin başlandığını bildirdim. Amma cavab olmadığından ailəmi rayondan çıxartdım.

- Kim idi təzyiqlərə göstəriş verən?

- İcra başçısı Bəylər Xancanov.

"Aktda göstərildiyi kimi 5 hektarın 2,65 sotu tikililərin, 1.20 sotu meyvə ağaclarının, 0.80 sotu prudların, yerdə qalan 40 sotu isə yabanı şitilliklər üçün idi"

"Aktda göstərildiyi kimi 5 hektarın 2,65 sotu tikililərin, 1.20 sotu meyvə ağaclarının, 0.80 sotu prudların, yerdə qalan 40 sotu isə yabanı şitilliklər üçün idi"

Source: Meydan tv

“Əmlakımı təhvil-təslim aktı olmadan məcburi köçkünün adına rəsmiləşdirdilər”

- O zaman belə çıxır ki, sabiq icra başçısı Səmayə Piriyevanın vaxtında başlayan təzyiq yeni icra başçısı Xancanovun vaxtında da davam edib?

- Dayanmaq əvəzinə dəhşətli təzyiqlər başladı. Əmlaklarım o qədər çox və geniş ərazini tuturdu ki, onları məndən almaq üçün bütün qanunsuz vasitələrdən istifadə etdilər. Hər yeni icra başçısına yalvarırdım ki, heç olmasa tikililəri qoruyun. Ancaq əksinə olurdu, hər yeni icra başçısı yeni, ağıla gəlməyən qanunsuzluqlara əl atırdı. 2005-ci ilə qədər avadanlıqların ehtiyat hissələrini doğrayıb satdılar, bu, artıq Əbülfəz Ağayevin və digərlərinin dövründə baş verdi. Mən onlara deyirdim ki, hökumət məcburi köçkünlərə qəsəbələr inşa edir, onları çıxardın, amma tikililəri qoruyun, heyfdir. Rayon prokurluğu Qaragüney kənd Polis Bölməsindən öz qanunsuzluqları üçün cinayət aləti kimi istifadə edərək tikililəri sökürdü. 2005-ci ildə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya müraciət edib kömək istədim. Bunun əvəzində nə olsa yaxşıdır, 5 hektarda olan 252 milyonluq manatlıq əmlakımı 50 illiyinə Cəbrayıl rayonundan məcburi köçkün olan Surxay Alməmmədovun adına təhvil-təslim aktıyla sənədləşdirdilər.

- Sizin imzanız olmadığı halda bu necə gerçəkləşdi?

- Qardaş, əmlaklarımın üstünə elə amansızlıqla şığıyırdılar ki, baş aça bilmirdim. Bunlar ölkə prezidentinə yalan məlumatlar verirdilər və mənim müraciətlərimin də çatıb-çatmadığı bilinmirdi. Başqa bir misal, mənim imzam olmadan 13 hektarın 4 hektarını 15 illiyinə Füzuli rayonundan olan köçkün Fərahim Əliyevə verdilər. Bu ərazidə Asfalt Zavodu, 2 ədəd klassik, 3 dədə dəmiryolu sərnişin vaqonları, maldarlıq ferması, 1700-dən artıq peyvənd və müxtəlif növ ağaclar, daş, dəmir-montaj sexləri, istixanalar, 1995-ci ildən tikintisi davam etdirilən 10 min ədəd ev quşu, ördək üçün tövlə. 2017-ci ildə Ali Məhkəmənin qərarından sonra sadaladıqlarımı söküb satmağa başladılar. Hesablamalarıma görə 70 milyon manatlıq ziyan dəyib. 8 hektar 80 sotu isə onlarla köçkünə örüş yeri kimi veriblər, halbuki, hazırda istifadəsizdir. 300 milyon manatlıq tikinti olan 5 hektarlıq yeri 2000-ci ilin martın 30-da örüş yeri adıyla yenə köçkünlərə veriblər, orda 4700 ağac olub, təsəvvür edirsiniz bu mənzərəni?!

- Bu müddətdə məhkəmə də daxil olmaqla hansı dövlət orqanlarına müraciət etdiniz?

"2017-ci ildə Ali Məhkəmənin qərarından sonra sadaladıqlarımı söküb satmağa başladılar"

"2017-ci ildə Ali Məhkəmənin qərarından sonra sadaladıqlarımı söküb satmağa başladılar"

Source: meydan.tv

- 2000-ci il, iyulun 10-da icra başçısı Xancanovun göstərişi ilə məni və işçiləri kooperativdən qovub çıxartdılar. Yalnız havadan helokopter yeri saxladılar ki, tikililərimizə girə bilək. İyulun 20-də rayon məhkəməsinin sədri və prokuror açıq şəkildə dedilər ki, icra başçısına qarşı çıxa bilməzlər, ona görə şikayətimi qəbul etmədilər. Məcbur olub 3 saylı Şirvan İqtisad Məhkəməsinə iddia ərizəsi verdim, amma baxılmadı. Yalnız prezidentə müraciətimdən 16 gün sonra, 28 dekabrda ərizələrim icraata qəbul olundu. Ardınca məhkəməyə 70 milyon manat ziyan dəydiyi haqda iddia ərizəsi təqdim etsəm də, qəbul etmədilər. 20 yanvar 2001-ci ildə 3 saylı Şirvan İqtisad Məhkəməsinə Sabirabad Rayon Torpaq Şöbəsinin müdiri Vəli Əliyevin yazdığı 399 saylı məktubuna hüquqi qiymət verilməsi barədə müraciət etdim, amma rədd olundu.

- Nə üçün, səbəb nə idi?

- 3 saylı Şirvan İqtisad Məhkəməsinin hakimi 20 min dollar rüşvət istədi. Dedim ki, gəl, sənə həyətimdən meyvə verim, razılaşmadı. Demək istəyirəm ki, mən icra strukturları ilə mübarizə apara-apara sahibkarlıq fəaliyyətimi dayandırmırdım. 2011-ci ilə qədər kooperativimin ərazisində 3 mindən artıq peyvənd olunmuş meyvə ağacları vardı. Həmin ilə qədər Rusiya və başqa ölkələrə tonlarla məhsul ixrac edirdim.

"300 milyon manatlıq tikinti olan 5 hektarlıq yeri 2000-ci ilin martın 30-da örüş yeri adıyla yenə köçkünlərə veriblər, orda 4700 ağac olub, təsəvvür edirsiniz bu mənzərəni?!"

"300 milyon manatlıq tikinti olan 5 hektarlıq yeri 2000-ci ilin martın 30-da örüş yeri adıyla yenə köçkünlərə veriblər, orda 4700 ağac olub, təsəvvür edirsiniz bu mənzərəni?!"

Source: Foto: Meydan.tv

“İcra başçısı dedi ki, bu boyda müəssisələri necə dağıtmaq olar, belə şərəfsizlik ola bilməz”

- Sizə elə gəlmir ki, qanunsuzluqların arxasında daha iri məmurlar dayanırdı, nəinki rayon səviyyəli?

- Mən də inanmıram ki, bütün proseslər rayon məmurları tərəfindən idarə olunurdu. Məsələ ondaydı ki, bütün özbaşınalıqlar məcburi köçkünlərin adı altında törədilirdi. Mən isə prezident İlham Əliyevin məmur özbaşınalıqları haqda sərəncamlarından sonra ona və birinci xanıma müraciət etdim, teleqramlar göndərdim. Bundan sonra icra başçısı Nazim İsmayılov 2016-cı ilin 8 yanvar tarixində məni qəbul etdi. Ona kooperativin ərazisində 2005-ci ildən həyatımız bahasına qoruya bildiyimiz 144 milyon manatlıq əmlakın və mindən artıq ağacların siyahısını təqdim etdim. İcra başçısı təəccüblə dedi ki, niyə bu barədə onu məlumatlandırmamışam. Elə o anda birinci müavin Həsən Həsənov 3-4 dəfə qəbuluna düşmək istədiyimi, amma baş tutmadığını söylədi. Deməli, həmin görüşdə baş məsləhətçi, Hüquq şöbəsinin müdiri və kooperativin 2 üzvü iştirak edirdi. Həmin vaxt sərnişin vaqonları hələ yerindəydi, yəni dağıdılmamışdı, sadəcə, bizi ora buraxmırdılar. Nazim İsmayılovun danışığından belə başa düşdüm ki, bu işdə kənar qüvvələr var. Başçı özünü elə göstərdi ki, sanki həqiqətən də mənə yazığı gəlir. Açıq şəkildə dedi ki, bu boyda müəssisələri necə dağıtmaq olar, belə şərəfsizlik ola bilməz. Elə həmin ay başçının müavini Vahid Həsənov ölkə prezidentinə, birinci xanıma, ədliyyə nazirinə, Baş prokurora 41 saylı məktub göndərdi. Məktubda yazılıb ki, kooperativ 1995-ci ildə fəaliyyətini dayandırıb, əmlak da əmlak payı olan əhaliyə paylanılıb, yeri isə şumlanaraq əkin altındadır. Halbuki, kooperativ bu gün də fəaliyyətdədir, bu baxımdan yazılanlar yalan və böhtandır, təsəvvür edirsiniz, bu adamlar prezidenti də aldatmaqdan çəkinməyiblər. Prezident dəfələrlə bildirib ki, məmurlar xalqın xidmətçiləridir, amma bu adamlar iş yerləri açan sahibkarın əmlakının dağıdılmasına rəvac verir, rüşvət istəyir, ardınca da prezidentə yalan məlumat verib onu aldadırlar.

- Vidadi müəllim, işə götürdüyünüz məcburi köçkünlərdən sizi müdafiə edən oldumu?

"Ona kooperativin ərazisində 2005-ci ildən həyatımız bahasına qoruya bildiyimiz 144 milyon manatlıq əmlakın və mindən artıq ağacların siyahısını təqdim etdim"

"Ona kooperativin ərazisində 2005-ci ildən həyatımız bahasına qoruya bildiyimiz 144 milyon manatlıq əmlakın və mindən artıq ağacların siyahısını təqdim etdim"

Source: Foto: Meydan tv

- Bu gün də gedib onlarla mənim barəmdə danışsanız, ağlayacaqlar, özləri deyir ki, o kişinin başına bu oyunları açdılar. Onlar hamısı baş verən özbaşınalıqların şahididirlər, bu adamların adına örüş adıyla əmlakımı keçirib, özlərinə götürüblər. 2017-ci ilin 14 aprelində icra başçısının birinci müavini Həsən Həsənov xahişimi nəzərə alaraq məcburi köçkünləri dövlətin inşa etdiyi qəsəbələrə köçürtdü. Bundan sonra nələr başladı, mənim prezidentə və birinci xanıma müraciətimin ardınca rayon polis idarəsinin rəisi Mübariz Quliyev kənd sahə müvəkkili ilə birgə məni və kooperativin üzvlərini qəbul etdi. Saat yarımlıq görüşümüzün yarım saatını Mübariz Quliyev telefonda rayon prokuroru Pərvin Quliyevdən xahiş etdi ki, Vidadi Abdullayevin məsələsi həll edilməlidir, deyirdi ki, ip ucu ver cinayət işi açılsın. Biz ordan getdik rayon prokurorunun qəbuluna, Pərvin Quliyev bizə nə desə yaxşıdır, “mən icra başçılarının törətdiyi cinayətlərə qarşı cinayət işi açmayacam”. Halbuki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi rayon prokurorundan ibtidai araşdırma aparmaq üçün sənədlər istəmişdi. Ancaq bu müraciətə də baxılmadı. Konstitusiya Məhkəməsi mənim şikayətimin Avropa Məhkəməsinə getməməsi üçün Ali Məhkəmənin və Şirvan İqtisad Məhkəməsinin qərarlarını ləğv edərək işi yenidən geri qaytardı, elə həmin vaxt prezidentə teleqram vurub ailəmlə birgə başqa ölkədən sığınacaq istədiyimi bildirdim, çünki əlacsız vəziyyətdəydim. Ondan sonra ötən ilin 12 may tarixində Rayon Polis İdarəsinin təhqiqatçısı Mahir Nuriyev daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova yalandan yazdı ki, burda heç nə yoxdur, boş ərazidir. Halbuki, mən ona məhkəmə iddia ərizəsi, sənədlər, şəkillər təqdim etmişdim. Nəhayət, 7 ay araşdırma apardıqdan sonra bu il rayon məhkəməsinin hakimi Füzuli Pənahov polis idarəsinin qərarını ləğv edən hökm çıxartdı. Bunun əsnasında yerli prokurorluq araşdırma aparmaq əvəzinə əmlaklarımı söküb satmağa başladı. Bundan sonra Respublika prokuroru cənab Zakir Qaralova müraciət etdim ki, ona tabe olan Korrupsiya İdarəsi araşdırma aparsın. Korrupsiya İdarəsi araşdırma aparmır, əvəzində mənim o nəhənglikdə istehsal müəssisələrimi, 20-30 illik yetişdirdiyim ağacları Sabirabad Quşçuluq Fabrikinin sahibi Adışirin Babaşovun qardaşı Vurğun Babaşova satılır. Onların mənimlə hədə-qorxu ilə olan telefon danışıqları var. Bundan əlavə, RP-nin istintaq, təhqiqat və əməliyyat- axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Nurəli Məmmədovun məhkəməyə təzyiqini əks etdirən məktubları və mənimlə telefon danışığı var, açıq təzyiq edir. Bunların hamısını Baş prokuror Zakir Qaralova göndərsəm də, heç bir tədbir görülməyib. Oktyabrın 2-də icra başçısı Siraqqəddin Cabbarovla görüşdüm. Mənim yanımda icra başçısı prokuror Pərvin Quliyeva zəng edib deyir ki, bu ilin 11 yanvarında araşdırma başlanmalıydı, nəticəsi necə oldu? Pərvin Quliyevin 10 aydır araşdırma aparıldığını söyləməsi məndə acı gülüş doğurdu. Halbuki, məhkəmə gedəndə, mənim əmlakım haqda qərar verilib. Ona görə icra başçısına rayon prokurorunun yox, Korrupsiya İdarəsinin araşdırma aparılmasının vacibliyini qeyd etdim. Çünki Pərvin Quliyevə iş tapşırmaq, quzunu qurda tapşırmaq məsələni xatırladır. Siraqqəddin Cabbarov görüşdə maraqlı bir məlumatı açıqladı, dedi ki, guya ərazidə aparılan tikintinin qeyd-şərtsiz dayandırılması göstərişini verib, amma bunun ardınca Bakıdan, İqtisadiyyat Nazirliyindən göstəriş gəlib ki, tikinti davam etdirilsin. Çox qəribə vəziyyət yaranıb, adam bilmir hansı izahı versin.

- Nəhayət, son olaraq ritorik sual, bundan sonra nə etmək istəyirsiniz?

- Bir çarəm qalır, ailəmlə Prezident Administrasiyasının qarşısına gedib özümüzü yandırmaq, başqa nə ola bilər?!

Qeyd: Meydan TV müsahibədə adı hallanan şəxslərdən münasibət öyrənə bilməyib. Respublika Prokurorluğunun mətbuat xidmətindən cavab verilməyib. Sabirabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, Vidadi Abdullayevin işi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır, ona görə də hər hansı fikir bildirə bilməzlər.

"Nəhayət, 7 ay araşdırma apardıqdan sonra bu il rayon məhkəməsinin hakimi Füzuli Pənahov polis idarəsinin qərarını ləğv edən hökm çıxartdı".

"Nəhayət, 7 ay araşdırma apardıqdan sonra bu il rayon məhkəməsinin hakimi Füzuli Pənahov polis idarəsinin qərarını ləğv edən hökm çıxartdı".

Source: Foto: Meydan tv

"2011-ci ilə qədər kooperativimin ərazisində 3 mindən artıq peyvənd olunmuş meyvə ağacları vardı"

"2011-ci ilə qədər kooperativimin ərazisində 3 mindən artıq peyvənd olunmuş meyvə ağacları vardı"

Source: meydan.tv

"Açıq şəkildə dedi ki, bu boyda müəssisələri necə dağıtmaq olar, belə şərəfsizlik ola bilməz".

"Açıq şəkildə dedi ki, bu boyda müəssisələri necə dağıtmaq olar, belə şərəfsizlik ola bilməz".

Source: Foto: Meydan tv

"Korrupsiya İdarəsi araşdırma aparmır, əvəzində mənim o nəhənglikdə istehsal müəssisələrimi, 20-30 illik yetişdirdiyim ağacları Sabirabad Quşçuluq Fabrikinin sahibi Adışirin Babaşovun qardaşı Vurğun Babaşova satılır"

"Korrupsiya İdarəsi araşdırma aparmır, əvəzində mənim o nəhənglikdə istehsal müəssisələrimi, 20-30 illik yetişdirdiyim ağacları Sabirabad Quşçuluq Fabrikinin sahibi Adışirin Babaşovun qardaşı Vurğun Babaşova satılır"

Source: Foto: Meydan tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/qa9kxz

Most Viewed