Qiyas İbrahimov

Source: Meydan TV

Caption: Qiyas İbrahimov

Qiyas İbrahimov: Türkiyənin Bakıdakı səfirliyinə getdim, açıqlama vermədilər

"Hüquqi müstəvidə addımlar atacağam"

Türkiyədən deportasiya edilən siyasi fəal Qiyas İbrahimov aprelin 22-də Türkiyənin Bakıdakı səfirliyində olub.

Ona bildiriblər ki, Türkiyədən müddətsiz deport olunub, lakin səbəbini açıqlamayıblar.

Qiyas İbrahimov Meydan TV-yə bildirib ki, səfirlikdən ona deportasiya olunma səbəbi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət etməsi tövsiyə olunub: "Mənə dedilər ki, sənə "G" kodu qoyulub, nazirliyə və ya konsulluğa müraciət et. Onlar da Türkiyənin Emniyət Genel Müdürlüyü (Baş Polis İdarəsi) ilə əlaqə saxlayıb səbəbini öyrənəcəklər".

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Meydan TV-yə deyib ki, vətəndaş bununla bağlı nazirliyə rəsmi müraciət etməlidir.

Q.İbrahimov problemi hüquqi müstəvidə həll edilməsi ilə bağlı vəkillərlə məsləhətləşdiyini deyib.

O bildirib ki, həm Türkiyədə, həm də Azərbaycanda hüquqi addımlar atacaq.

Siyasi fəal Qiyas İbrahimov aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanılıb və birillik oturum icazəsi olduğu halda, müddətsiz deportasiya olunub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/m0kxwt

Most Viewed