Qiyas İbrahimov

Mənbə: Meydan TV

Başlıq: Qiyas İbrahimov

Qiyas İbrahimov Türkiyədən deportasiya edilib

Məqalə yeniləndi:  21 Aprel 2021

"Müddətsiz deportasiya olunmuşam, amma səbəbini açıqlamırlar"

Siyasi fəal Qiyas İbrahimov Türkiyədən deportasiya edilib.

Bu barədə Qiyas İbrahimov özü məlumat yayıb.

O, aprelin 16-da Türkiyədən sərhədi keçəndə 1 saat saxlanıldığını bildirib: "Mənə dedilər ki, 1 illik icazən ləğv olunub, gedəndə konsulluğa baş vurmamış qayıtma. Bu gün, aprelin 21-də zəng vurdum, cavab verdilər ki, müddətsiz deportasiya olunmusan".

Türkiyənin Bakıdakı səfirliyindən Meydan TV-yə deyiblər ki, Qiyas İbrahimovun deportasiya olunmasından məlumatsızdırlar: "Hər halda adamın özü səbəbi bilməlidir, biz bilmirik".

Qiyas İbrahimov 2016-cı ilin mayında mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” şüarı yazandan bir gün sonra külli miqdarda narkotik ittihamıyla həbs olunaraq, 10 il azadlıqdan məhrum edilib.

O, 2019-cu ilin martında ölkə başçısının əfv sərəncamı ilə azadlığa buraxılıb.

Q.İbrahimov özünü təqsirli bilmir, heykələ şüar yazdığına görə həbs olunduğunu deyirdi.

Beynəlxalq insan haqları təşkilatı da onun həbsinin siyasi motivli olduğunu bəyan edərək, Q.İbrahimovu “vicdan məhbusu” adlandırmışdı.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Aprel 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bcdm0a

Ən çox baxılan