Petro Poroşenko

Source: meydan tv

Caption: Petro Poroşenko

Poroşenko vergi qaçaqçılığında ittiham edilir

Keçmiş prezident yalanı üzə çıxaran testi keçməyə hazır olduğunu bildirib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko vergidən yayınma iddiası üzrə Dövlət Təhqiqatlar Bürosu (DBR) tərəfindən şahid qismində dindirilib.

Azadlıq Radiosu xəbər verir ki, avqustun 12-də iki saatdan çox davam edən dindirilmədən sonra jurnalistlərə danışan Poroşenko müstəntiqlərin suallarını cavablandırmağa hazır olduğunu, ancaq bunu “Pryamiy” (Direct) televiziya kanalının studiyasında etmək istədiyini deyib. Bundan əlavə, yalanı üzə çıxaran testi keçməyə hazır olduğunu bildirib.

"Mən DBR və onun rəhbərliyinə etibar etmirəm. İstintaqçıların obyektiv və qərəzsiz olduğuna inanmıram,"- Poroşenko deyib. "Mən “Pryamiy”-in canlı yayımı zamanı poliqraf testindən keçməyə hazıram".

Günün əvvəlində DBR direktoru Roman Truba Poroşenkonun növbəti dindirilməsində poliqrafdan istifadə ediləcəyini deyib.

Trub həmçinin deyib ki, Poroşenko “Pryamiy” televiziya kanalının satın alınması ilə əlaqəli olduğu iddia edilən vergidən yayınma ittihamı üzrə dindirilib.

Bu, Poroşenkonun DBR tərəfindən ikinci dindirilməsi olub.

Poroşenko aprel ayında prezident seçkilərini Vladimir Zelenskiyə uduzub.

May ayında Zelenskinin andiçmə mərasimindən bir gün sonra, keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyasında keçmiş müavin olaraq çalışan Andriy Portnov mühacirətdən Ukraynaya qayıdıb və Poroşenko əleyhinə məhkəmə iddiası qaldırıb. Portnov Poroşenkonu iqtisadi məsələlərdə və qanunsuz olaraq hakimiyyəti əldə saxlamaqda ittiham edir.

Poroşenko və partiyası iyul ayında keçirilmiş parlament seçkilərində Avropayönümlü və Rusiya əleyhinə uğurlu seçki kampanyası apararaq, məclisdə 25 yer qazanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xny8g2

Most Viewed