Dunja Miyatovi

Source: arxiv

Caption: Dunja Miyatovi

Polşada məhkəmə abortu qadağan edib

Dunja Miyatoviç: “Polşada demək olar ki, bütün qanuni abortlar üçün əsasın aradan qaldırılması insan haqlarına ziddir”

Polşanın ali məhkəməsi fetusun problemli olduğu hallarda abort etmənin (ana rəhmindən uşaq aldırma) konstitusiyaya zidd olduğuna qərar verib.

BBC xəbər verir ki, katolik ölkə Polşanın abort qanunları Avropanın ən sərt qanunları arasındadır.

İllərdir keçirilən rəy sorğularına əsasən polşalılar indiyədək açıq şəkildə məhdud qanunlara qarşı çıxaraq etiraz ediblər.

Polşada demək olar ki, bütün qanuni abortlar fetus qüsurları səbəbi ilə həyata keçirildiyi üçün son və bağlayıcı olan bu qərarla hamiləliyin sonlandırılması təməlli olaraq qadağan edilmiş olacaq.

Qərar qüvvəyə mindikdən sonra hamiləliyin sonlandırılması yalnız təcavüz və insest hallarda, o cümlədən ananın sağlamlığı risk altına düşərsə, mümkün olacaqdır, - BBC qeyd edir.

İnsan haqları qrupları hökuməti bu yöndə məhdudiyyətləri sərtləşdirməməyə çağırır.

Avropa Şurasının insan haqları komissarı “Twitter” hesabından bu günün “qadın haqları üçün kədərli bir gün” olduğunu deyib.

“Polşada demək olar ki, bütün qanuni abortlar üçün əsasın aradan qaldırılması insan haqlarına ziddir”, - Dunja Miyatoviç sosial mediada bildirib.

Polşada həyata keçirilən abortların 98 faizi qüsurlu fetus problemi səbəbindən baş tutur və bu qanun 1993-cü ildə qəbul edilib. Yeni dəyişiklik hakim milliyyətçi partiyanın millət vəkilləri tərəfindən keçən il irəli sürülüb. Məhkəmə hakimlərinin əksəriyyəti hakim partiya tərəfindən təyin edilir.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/gw9h29

Most Viewed