Milli Məclis

Source: meydan tv

Caption: Milli Məclis

Milli Məclis tətilə çıxdı

Spiker 7424 manat, deputatlar 5568 manat istirahət pulu alacaq

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirlib. Gündəlikdə olan məsələlərin təsdiqlənməsindən sonra iclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib. Parlamentin üzvləri tətilə çıxıb və onlar iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Parlament üzvlərinin aylıq maaşları isə aşağıdakı kimdir: Milli Məclisin sədri Oqtay Əsədov - 3 min 712 manat 50 qəpik, Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov - 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov - 3 min 154 manat 50 qəpik. Milli Məclisin komitə sədrləri 2 min 970 manat, komitə sədrlərinin müavinləri 2 min 784 manat, sıravi deputatların maaşı isə 2 min 598 manatdır.

Bundan başqa, Milli Məclisin sədrinə, onun birinci müavininə və müavinlərinə, Milli Məclisin komitə sədrlərinə və deputatlara deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da verilir. Qanunvericiliyə əsasən, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün 2 aylıq vəzifə maaşı məbləğində müavinət alır. 2019-cu ildən parlament üzvlərinin xarici və daxili səfər xərcləri ilə bağlı onlara ödənilən məbləğlər də artırılıb.

Azərbaycanda hazırda minimum əməkhaqqı 180 manatdır və sentyabrın 1-dən 250 manata qaldırıması nəzərdə tutulub.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/f0sdbe

Most Viewed