Həbsxana

Source: https://azvision.az/

Caption: Həbsxana

Məhkumlar arasında koronavirusa yoluxma hallarının artdığı deyilir

Penitensiar Xidmətin əməkdaşları arasında da yoluxanlar var

Cəzaçəkmə müəssisələrindəki məhkumlar arasında COVİD-19 infeksiyasına yoluxma hallarının artdığı bildirilir. Xüsusən 2, 14 və qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisələrində vəziyyətin daha kritik olduğu haqda məlumatlar yayılıb.

Qardaşı 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Təzəxan Mirələmli Meydan TV-yə bildirib ki, məhkumların bir çoxunda koronavirusun əlamətləri var. Onun sözlərinə görə, bu müəssisədə qızdırmalı xəstələrin sayı hər keçən gün artır. Qardaşının da temperaturu yüksəkdir, nəfəs almaqda çətinlik çəkir.

“Vəziyyətin kritik olduğunu müvafiq dövlət orqanları da bilir. Təsəvvür edin, yüzlərlə qızdırmalı xəstə var. İyulun 9-da TƏBİB-in nümayəndəsi 2 saylı cəzaçəkmə müəssisəsində olub. Müəssisədə 500-ə qədər xəstə məhbus var, bir həkimin ümidinə qalıblar. Adi parasetomol verirlər. Çox ağır vəziyyətdə olan, hətta huşunu itirənlər var. Onlara sistem köçürülüb. Dünəndən qardaşımın da qızdırması var, nəfəs almaqda çətinlik çəkir”.

4 saylı cəzaçəkmə müəssisəsindəki qadın məhbuslar arasında da təxminən 20 nəfərin koronavirusun əlamətlərindən sayılan qızdırma, öskürək, halsızlıqdan əziyyət çəkdiyi bildirilir.

AXCP-nin həbsdə olan gənc fəallarından Fuad Əhmədlinin atası Zəfər Əhmədli 14 saylı cəzaçəkmə müəssisəsində 18 məhbusda COVİD-19 əlamətləri olduğunu bildirib: “Neçə gündür iynə vururlar, vəziyyətləri get-gedə pisləşir. İyulun 9-da Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gəlib həmin məhbuslardan analiz götürüblər. Məhbuslar arasında təlaş yaranıb”.

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva pandemiya dövründə bu müəssisədə 120-dən artıq məhbusun koronavirusa yoluxduğunu bildirib.

Hələ may ayında 13 saylı cəzaçəkmə müəssisəsində məhbusların koronavirusa yoluxması barədə məlumatlar yayılanda Penitensiar Xidmət bu haqda deyilənləri təkzib edirdi. Lakin sonradan Ədliyyə Nazirliyi və Operativ qərargah məhkumlar arasında yoluxma hallarının olmasını təsdiqlədi. O zaman 46 nəfərin virusa yoluxduğu açıqlanmışdı.

İyulun 10-da Operativ Qərargahın iclasında Prezidentin köməkçisi Hikmət Hacıyev məhkumlar arasında koronavirusa yoluxma halları haqda deyilənləri təsdiqləyib. Lakin o, cəzaçəkmə müəssisələrində yoluxanların sayının cəmi 18 nəfər olduğunu deyib. Onun sözlərinə görə, 12 saylı cəzaçəkmə müəssisəsində 11, 14 saylı cəzaçəkmə müəssisəsində 5, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 nəfər COVİD-19-a yoluxub.

H.Hacıyev həmin şəxslərin vaxtından əvvəl şərti azadlığa buraxıldığını və TƏBİB-ə təhvil verildiyini söyləyib.

O, Penitensiar Xidmətin əməkdaşları arasında da yoluxma qeydə alındğını əlavə edib.

Bugünlərdə vətəndaş cəmiyyətinin fəalları daha çox məhbusu əhatə edəcək amnistiya aktının hazırlanması və ya əfv sərəncamının imzalanması üçün İlham Əliyevə müraciət edib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/atwzt0

Most Viewed