ADO teatrı

Source: google.az

Caption: ADO teatrı

Mədəniyyət Nazirliyi “ADO” teatrına küçə nümayişlərini icazə verməyib

“ADO”ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar”

Mədəniyyət Nazirliyi “ADO” teatrına küçə tamaşaları nümayiş etdirməyi icazə verməyib.

Teatrın saytında dərc edilən məlumata görə, bununla bağlı Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət olunub.

“26 sentyabr 2019 tarixində nazirliyin əməkdaşı Könül Cəfərova teatrın rəhbəri Elmin Bədəlova nazirlik tərəfindən küçə performanslarına konkret olaraq “yox” cavabı verildiyini bildirib. Nazirliyin əməkdaşı səbəblər haqda məlumat verməyib. Bu məsələdə “ADO”ya qarşı birbaşa nazirin göstərişi olduğunu əminliklə vurğulamaq olar”, - məlumatda deyilir.

Bundan başqa qeyd edilib ki, “ADO” 2 ildən çox idi ki, nazirlik və Bakı şəhəri icra hakimiyyətinə müraciət edirdi.

“Nazirlik isə hər dəfə bu məsələnin onların səlahiyyətində olmadığını, bu işə meriyanın baxdığını deyirdi. Meriya isə bu məsələdə nazirliyin rəyinin vacibliyini vurğulayırdı. ADO`nun son müraciətinə Mədəniyyət Nazirliyi “yox” cavabı versə də meriyadan hələki konkret cavab verilməyib”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/brill1

Most Viewed