Source: Meydan Tv

Maska taxılması məcburi olan halların siyahısı tərtib olunub

Vətəndaşlara qaydaların pozulması hallarını xəbər etmələri təklif olunur

Azərbaycanda koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində yeni tələblər qüvvəyə minib.

Baş Nazir Əli Əsədov “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Qərar imzalayıb.

Qərarda tibbi maskaların taxılması məcburi olan hallar qeyd olunub.

Qaydalara əsasən, maska taxılması şəhərlərarası və şəhərdaxili nəqliyyat vasitələrində (taksi, metro, dəmiryolu və s.), ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə məcburi hal daşıyacaq.

Maska taxılmasına məcburiyyət həmçinin, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə də olacaq.

Bundan başqa binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda da maska taxılması məcburidir.

Qərarda qeyd edilib ki, bu tələblərin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradıldığını da bildirib.

Vətəndaşlar qida məhsullarının ticarəti, ictimai-iaşə müəssisələri, turizm və otelçilik, ictimai nəqliyyat, vətəndaşların qəbulunu həyata keçirən qurumlar, müxtəlif ticarət, xidmət sahələri və ofislərin fəaliyyətində, eləcə də digər istiqamətlərdə aşkar olunan qayda pozuntuları barədə məlumatları portaldakı WhatsApp nömrəsi (+99451 206 55 72) vasitəsilə göndərə bilərlər. Məlumatlara, eyni zamanda, qayda pozuntusunu təsdiq edən fotoşəkillər əlavə olunmalıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/7x6vhy

Most Viewed