“Min bir gecə” baleti

Source: mariinsky.ru

Caption: “Min bir gecə” baleti

Mariinski Teatrında “Min bir gecə” baleti nümayiş olunub

Tamaşalara biletlər daha öncədən satılıb

Sankt-Peterburqun Mariinski Teatrında azərbaycanlı bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletinin nümayişi olub.

“Mariinsky.ru” Состоялась петербургская премьера балета «Тысяча и одна ночь» saytı yazır ki, tamaşa yanvarın 15-dən 22-dək Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Səfər zamanı həmçinin Pyotr Çaykovskinin “Yatmış gözəl”, Adolf Adanın “Korsar” baletleri də nümayiş olunub.

Xəbərdə deyilir ki, Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “Min bir gecə” baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib:

“Bütün dörd tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub”.

Tamaşaları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, əməkdar artist Əyyub Quliyev idarə edib.

Tamaşada əsas partiyaları Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio oynayıb.

Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub.

Azərbaycanlı musiqiçilərin Sankt-Peterburqa səfəri Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunub.

Tamaşada əsas partiyaları Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio oynayıb.

Tamaşada əsas partiyaları Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio oynayıb.

Source: mariinsky.ru

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/eay543

Most Viewed