Niyaməddin Camalov

Source: Meydan.TV

Caption: Niyaməddin Camalov

“Kamaz” sürücüləri şikayətlərinin araşdırılmadığını deyir

“İndi hər haqsızlığa görə prezidenti narahat edək?”

“1 ay işlədik, gündə azı 200 km yol sürdük, ağır yük daşıdıq, axırda da vəd edilən pulumuzu vermədilər. Polisə şikayət etdik, aldadılmışıq dedik, “işdə hər hansı dələduzluq əməli yoxdur” – dedilər. Aldadılmışıq, polis baxmır. Başqa hara müraciət edək, bilmirik”.

İmişlinin Soltanmuradlı kəndinin sakini Niyaməddin Camalov belə deyir. O və digər 5 həmkarı polisin hərəkətsizliyindən şikayətçidir.

Niyaməddin Camalov yük maşını sürücüsüdür. Deyir, həmişə yük daşıması işi ilə məşğul olan dəllalların köməyi ilə iş tapıb:

“Onlar müxtəlif şirkətlərlə, yaxud şəxslərlə danışırdılar, razılaşırdılar, biz işi görürdük. Sonda da pulu alıb bizə paylayırdı. Beləcə keçirdi həyatımız. Bir ara bizə İmişli sakini Fədai Abdullayev iş tapırdı. Beləcə onun tapdığı 3 işi görmüşdük və vaxtında pulumuzu vermişdi. Düzdür, hamısı xırda işlər idi, ancaq ailəmizi dolandırmaq üçün razılaşırdıq. 4-cü dəfə bizə böyük iş təklif etdi. Pulu da çox yaxşı idi, razılaşdıq. Arazın yeni qol-kanalının tikintisi üçün günlərlə qum, çınqıl daşıdıq. Hər dəfəsində də 100, bəzən 200 km yol sürdük. Ancaq sonda pulumuzu vermədi”.

Cabbar Əhmədov

Cabbar Əhmədov

Source: Meydan.TV

Digər şikayətçi və aldadıldığını deyən İmişlinin Xubyarlı kəndinin sakini Cabbar Əhmədov deyir ki, əlində daşıdığı yüklərin qəbzləri də var, ancaq heç nəyi sübut edə bilmir:

“Elə bütün sənədlərlə ötən il polisə müraciət etdik. Araşdırdılar, adamı çağırdılar, nə danışdılar, nə danışmadılar bizə dedilər ki, işdə dələduzluq əməli yoxdur. Fədai Abdullayev də bizə həmin gün polis idarəsinin qarşısında söz verdi ki, 20 günə pulumuzu qaytaracaq. Üstündən 1 il keçib, hələ də pulumuzu ala bilməmişik. Üstəlik, daha hara müraciət edəcəyimizi də bilmirik”.

Cabbar Əhmədov bildirir ki, hazırda çox işi olmur. Pandemiya səbəbindən iş tapmaq çətinləşib:

“Ailəm 5 nəfərdən ibarətdir, uşaqlarım var, problemləri, ehtiyacları çoxdur. Həmin gördüyüm işdən də alacağım pul az deyil, 2000 manat yaxındır. Həmin pul mənim ailəmin 4-5 aylıq dolanışığıdır. Ümumi 6 nəfərə verəcəyi pul isə 9 mindən çoxdur. Bunun adı dələduzluq deyilsə, nədir? Polis işdə nədənsə cinayət əməli görmür. Hara üz tutaq bilmirik”.

Şikayətçilər bildirirlər ki, bir dəfə yığışıb iş gördükləri əraziyə də gediblər:

“Oradakı məsul şəxsi tapdıq, dedik ki, bəs Fədai bizə pul verməyib. Bizə dedilər ki, ona pul əvəzində material veriblər, satıb bizim pullarımızı verməsi üçün. İndi o həmin materialı nə edib, onların biləcəyi iş deyil. Həqiqətən də onlar haqq-hesabı bitiriblər, şirkətin bir günahı yoxdur. Bu qədər sübut, sənəd var, ancaq polis işdə cinayət əməli görmür. Biz də qalmışıq pis durumda. Kasıb adamlarıq, bizim üçün bu vəsait böyük məbləğdir. Nə edək, hara gedək? Hər haqsızlığa görə Prezidenti narahat edək?”

Mirdaməd Abdullayev

Mirdaməd Abdullayev

Source: Meydan.TV

Mirdaməd Abdullayevin də görülən işdən 1500 manatdan çox alacağı var. Deyir: “Artıq əlimi üzmüşəm, çünki şikayətimizə baxan, bizi sayan yoxdur”.

Mirdaməd Abdullayevin sözlərinə görə, ağır yük avtomobili sürmək, yük daşımaq asan iş deyil, xeyli zəhmət tələb edir:

“Həmin işə görə də günlərlə sükan arxasında oturmuşuq. Bu, insafsızlıqdır. Biz alnımızın təri ilə pul qazanan adamlarıq. İndi bizi aldadıblar, təəssüf ki, bu, heç kimin vecinə deyil. O işi görmək üçün mən hər gün 100-200 kilometr yol qət etmişəm. Çətindir, yüklənir, daşınır və ünvana çatdırılır. Sürücüyük, hərəmizin bir köhnə “Kamaz”ımız var, onunla həyatımızı qazanırıq. Ailələrimizi nəzərə alanda, həmin şəxs 6 nəfəri yox, 30-40 nəfərin haqqını yeyib”.

İmişli Rayon Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, həmin şəxslər onlara müraciət edib, aldadıldıqlarını bildiblər. Ancaq iş araşdırılıb və ortada dələduzluq faktının olmadığı üzə çıxıb:

“Biz şikayətçilərə məsləhət gördük ki, gedib haqlarını məhkəmədə axtarsınlar. Görünür məhkəməyə müraciət etmək istəməyiblər. Bu işdə polislik bir şey yoxdur, məhkəməlikdir”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/x83v71

Most Viewed