Arif Əliyev, Məhərrəm İbrahimov və Sirac Abışov

Source: Meydan TV

Caption: Arif Əliyev, Məhərrəm İbrahimov və Sirac Abışov

Kəlbəcərdə həlak olanların sayı 3 nəfərə çatdı (yenilənir)

Article was updated on :  4 June 2021

18.34. Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç bu gün Kəlbəcərdə baş vermiş mina partlayışı ilə əlaqədar açıqlama yayıb.

O, "twitter" hesabında bildirib: "Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç nəfərin ölümü və daha bir neçə nəfərin yaralanması ilə nəticələnən mina partlayışı baş verib. Hadisə beynəlxalq əməkdaşlığın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təcili təmizlənməsinin zəruriliyini göstərir".

***

15.18. "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Fazil Talıbov jurnalistlərə deyib:

“Erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir”.

***

13.42. Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin minaya düşərək yaralanan müavini Arif Əliyev də vəfat edib.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun iyunun 4-də yaydığı məlumatda bildirilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərini minalayaraq vətəndaşlara qarşı cinayət əməllərini davam etdirir:

"Bu gün saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilən Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər".

***

Üç nəfərin yaralandığı bildirilir

Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Hadisənin iyunun 4-də Susuzluq kəndində olduğu deyilir.

Bu barədə AzTV-nin əməkdaşı Nigar Etibar "Facebook" səhifəsində məlumat yayıb.

O, Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədovun, avtobusun sürücüsünün və kənd sakininin yaralandığını qeyd edib.

Məhərrəmov İbrahimov 1982-ci il, Sirac Abışov isə 1989-cu il təvəllüdlüdür.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  4 June 2021
Featured in:  
Shortlink:   http://mtv.re/pzftdj

Most Viewed