Source: Meydan TV

''Huawei'' telefonları üçün ''Android'' yeniləmələri məhdudlaşdırılıb

Article was updated on :  20 May 2019

''Huawei'' telefonlarında Android əməliyyat sistemi yenilənməyəcək

Bu vəziyyət “Huawei”-nin Çinin xaricində smartfon əməliyyatlarına təsir edəcək

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizliyə təhlükə təşkil edən xarici telekommunikasiya şirkətlərinin Amerika firmalarının texnologiyalarından istifadəsinə qadağa qoymasından sonra Google Çin şirkəti “Huawei” ilə razılaşmasını məhdudlaşdırıb, - BBC xəbər verir.

“Google”-a aid “Alphabet İnc.” “Huawei” ilə xidmət müqaviləsini daraltdığını açıqlayıb.

“Alphabet”-in verdiyi qərarın nəticəsi olaraq bundan sonrakı “Huawei” telefonlarında “Google”-a aid “Android” əməliyyat sistemi yenilənməyəcək.

“Google” tərəfindən qəbul edilən qərar hazırda “Huawei” telefonu istifadə edən insanlara təsir etməyəcək, ancaq “Android” əməliyyat sistemi yenilənərsə, “Huawei” istifadəçilərinin yeni sistemə çıxışı olmayacaq.

“Google”-ın virtual tətbiqi mağazası “Google Play”, e-poçt xidməti, “Gmail” və ya “YouTube” proqramları “Android” yeniləməsindən sonra “Huawei” telefonlarında işləməyəcəyi qeyd edilir.

“Huawei” istifadəçiləri ancaq “Android” əməliyyat sisteminin açıq mənbə nüsxələrini yükləyərək istifadəyə davam edə biləcəklər.

İstehlakçı texnologiyaları şirkəti "Ben Wood" deyib ki, “Google”-ın qərarının “Huawei” istifadəçiləri üzərində ciddi təsiri olacaq.

“Reuters”-ə danışan bir qaynaq “Huawei”-nin yalnız “Android” əməliyyat sisteminin ictimaiyyətə açıq olan xidmətlərini istifadə etməyə davam edə biləcəyini, digər xidmətlərə çıxışın dayandırılacağını söyləyib.

“Alphabet” açıqlamasında deyib ki, onlar Amerika hökumətinin qərarlarına əməl edirlər.

Qeyd edilir ki, bu vəziyyət “Huawei”-nin Çinin xaricində smartfon əməliyyatlarına təsir edəcək.

“Huawei” isə son bir neçə ildir “Android” sisteminin istifadəsinin dayandırılması durumunda öz sistemlərini tətbiq etmək üçün yeni bir texnologiya üzərində çalışdıqlarını açıqlayıb. Çində artıq istifadə edilən bəzi modellərin bu proqrama uyğun texnologiyadan istifadə etdiyi bildirilir.

“Huawei” dünyanın “Android” inkişafına böyük töhfələr verib. “Android”in əsas tərəfdaşlarından biri olaraq, biz həm də istehlakçılar üçün və birbaşa sənaye üçün zəruri olan ekosistemi inkişaf etdirmək üçün açıq platforma ilə işləyirik”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Huawei Azərbaycan” şirkətindən məlumat verilib.

Məlumatda deyilir ki, “Huawei” bütün mövcud “Huawei” və “Honor” smartfon və tabletləri üçün təhlükəsizlik sistemlərinə və satış sonrası xidmətlərə dair yenilikləri təmin etməyə davam edəcək:

“Dünyada “Huawei” istifadəçiləri üçün daha yaxşı istifadə təcrübəsini təmin etmək üçün təhlükəsiz və davamlı proqram təminatı ekosistemi yaratmağa davam edəcəyik”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  20 May 2019
Featured in:  
Shortlink:   http://mtv.re/w224yw

Most Viewed