Jurnalist həbs olunarkən

Source: https://cpj.org/tr

Caption: Jurnalist həbs olunarkən

CPJ: Jurnalist həbsinə görə Türkiyə ikinci yerdədir

Bu ölkədə hazırda 37 jurnalist həbsdədir

Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərəfindən açıqlanan hesabatda Türkiyə bu il peşə fəaliyyəti səbəbilə həbs edilən jurnalistlərin sayına görə ikinci yerdədir. Birinci yerdə hələ ki, Çin durur.

Qurumun yetkilisi Elana Beiserin məruzəsinə görə, hökumətlər 2020-ci ildə vətəndaş itaətsizliyi və COVİD-19 virusu epidemiyasını məhdudlaşdırarkən, əvvəlki illərlə müqayisədə rekord sayda jurnalisti işinə görə həbs edib.

Hesabat 1 dekabr 2020-ci il tarixinə qədər olan dövrü əhatə edir və dünyanın dörd bir tərəfindən 274 jurnalistin adı keçir. Çin (47), Türkiyə (37) və Misir (27) bu sıralamada ilk üçlükdə yer alıb.

Hesabatda qeyd olunur ki, ABŞ-da il ərzində 110 jurnalist saxlanılıb, istintaqa cəlb edilsə də, hazırda bu ölkədə həbsxanada jurnalist yoxdur. Hesabata görə, Türkiyədə 37 jurnalist həbsdədir və əksəriyyəti 2016-cı ildə baş verən uğursuz çevrilişə cəhd hadisəsindən sonra müxtəlif səbəblərdən saxlanılıblar.

Məruzədə COVİD-19 səbəbiylə məhkəmələrin fəaliyyətinin üç ay təxirə salındığı, bu vəziyyətin daha uzun müddət həbsdə olan və həbs olunmadan mühakimə edilməsini gözləyənlər üçün daha çox narahatlıq doğurduğu bildirilir.

Hesabatdakı digər vacib elementlər bunlardır:

  • Həbsdə olan jurnalistlərin üçdə ikisi dövlətə qarşı terrorizm və ya qadağan olunmuş qruplara üzv olmaq kimi cinayətlər kateqoriyasında ittiham olunub. • Bütün hallarda həbsxanada olan jurnalistlərin yüzdə 19-u nədə ittiham olunduğunu bilmir;

53 jurnalistin yarısından çoxu Eritreya və Səudiyyə Ərəbistanı həbsxanalarındadır.

  • Dünyadakı həbsdə olan jurnalistlərin demək olar ki hamısı öz ölkələrində həbs olunub. CPJ-nin əldə etdiyi məlumatlara görə, Çin, Eritreya, İordaniya və Səudiyyə Ərəbistanındakı həbsxanalarda ən azı yeddi xarici və ya ikili vətəndaşlığı olan jurnalist var.
  • Həbsdə olan jurnalistlərin 36 və ya 13 faizi qadındır. Bəziləri Səudiyyə Ərəbistanında qadın hüquqları barədə reportaj edən jurnalistlərdir. Belarusdakı etiraz aksiyalarından sonra bir çox qadın jurnalist də həbs olunub.
While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ahduv3

Most Viewed