Bu ölkədə hazırda 37 jurnalist həbsdədir
Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərəfindən açıqlanan
hesabat
da Türkiyə bu il peşə fəaliyyəti səbəbilə həbs edilən jurnalistlərin sayına görə ikinci yerdədir. Birinci yerdə hələ ki, Çin durur.
Qurumun yetkilisi Elana Beiserin məruzəsinə görə, hökumətlər 2020-ci ildə vətəndaş itaətsizliyi və COVİD-19 virusu epidemiyasını məhdudlaşdırarkən, əvvəlki illərlə müqayisədə rekord sayda jurnalisti işinə görə həbs edib.
Hesabat 1 dekabr 2020-ci il tarixinə qədər olan dövrü əhatə edir və dünyanın dörd bir tərəfindən 274 jurnalistin adı keçir. Çin (47), Türkiyə (37) və Misir (27) bu sıralamada ilk üçlükdə yer alıb.
Hesabatda qeyd olunur ki, ABŞ-da il ərzində 110 jurnalist saxlanılıb, istintaqa cəlb edilsə də, hazırda bu ölkədə həbsxanada jurnalist yoxdur. Hesabata görə, Türkiyədə 37 jurnalist həbsdədir və əksəriyyəti 2016-cı ildə baş verən uğursuz çevrilişə cəhd hadisəsindən sonra müxtəlif səbəblərdən saxlanılıblar.
Məruzədə COVİD-19 səbəbiylə məhkəmələrin fəaliyyətinin üç ay təxirə salındığı, bu vəziyyətin daha uzun müddət həbsdə olan və həbs olunmadan mühakimə edilməsini gözləyənlər üçün daha çox narahatlıq doğurduğu bildirilir.
Hesabatdakı digər vacib elementlər bunlardır:
- Həbsdə olan jurnalistlərin üçdə ikisi dövlətə qarşı terrorizm və ya qadağan olunmuş qruplara üzv olmaq kimi cinayətlər kateqoriyasında ittiham olunub. • Bütün hallarda həbsxanada olan jurnalistlərin yüzdə 19-u nədə ittiham olunduğunu bilmir;
53 jurnalistin yarısından çoxu Eritreya və Səudiyyə Ərəbistanı həbsxanalarındadır.
- Dünyadakı həbsdə olan jurnalistlərin demək olar ki hamısı öz ölkələrində həbs olunub. CPJ-nin əldə etdiyi məlumatlara görə, Çin, Eritreya, İordaniya və Səudiyyə Ərəbistanındakı həbsxanalarda ən azı yeddi xarici və ya ikili vətəndaşlığı olan jurnalist var.
- Həbsdə olan jurnalistlərin 36 və ya 13 faizi qadındır. Bəziləri Səudiyyə Ərəbistanında qadın hüquqları barədə reportaj edən jurnalistlərdir. Belarusdakı etiraz aksiyalarından sonra bir çox qadın jurnalist də həbs olunub.