Source: Sputnik

Azərbaycana ət idxalı artıb

Article was updated on :  10 July 2020

İqtisadçı: “Hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub”

2020-ci ilin yanvar-may aylarındakı ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə fiziki çəkidə 11, dəyər ifadəsində 37,5 faiz artıb.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Bildirilir ki, kəsim üçün gətirilən iri heyvanların idxalı da artıb. Nə az, nə çox 47 faizlik bir artım var.

“Süd idxalı fiziki çəkidə 36,2, dəyər ifadəsində 70,2 faiz artıb. Kərə yağının idxalında da həm dəyər, həm fiziki çəkidə 32 faiz artım olub. Meyvə-tərəvəz fiziki çəkidə 9, dəyər ifadəsində13 faiz artıb. Çay dəyər və fiziki çəkidə 5 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 20 faiz fiziki çəkidə, 32 faiz dəyər ifadəsində artıb. Düyü dəyər ifadəsində 38 faiz artıb. İxracda meyvə-tərəvəz fiziki çəkidə 10 faiz azalıb, fındıq 26 faiz, alma 45,9 faiz, xurma 25 faiz azalıb. Eyni zamanda, pambıq lifi 24,3 faiz, pambıq ipi 19 faiz azalıb”.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu ilin yanvar-may aylarında Azərbaycan 40,4 mln ABŞ dolları dəyərində 22,6 min ton ət idxal edib. Bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 mln. ABŞ dolları (37,5%) və 2,3 min ton (11,2%) çoxdur. Yəni, pandemiyaya, karantin rejiminə baxmayaraq ət idxalı artıb:

“Təsəvvür edin ki, martdan ölkəyə turist gəlmir, kafe-restoranlar bağlı, Şadlıq Evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir – yəni, ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi. Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır. Bilirsiz niyə?! Çünki hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, əkin sahələri texniki bitkilərə ayrıldı – nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmıq, həm də heyvandarlığın yem bazası azaldı. Yem qiymətləri artdı, bu da ətin qiymətlərinə təsir göstərdi”.

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan TV

İqtisadçı deyir ki, Azərbaycanın ənənəvi heyvandarlıq rayonları, bölgələri var. Bu rayonlardakı camaat yüzillərdir mal-qara, qoyun-quzu saxlamağa öyrənib:

“Bu yanaşmanı təşviq etməkdənsə, süni olaraq pambıq sevdasına düşmək məntiqsizlik idi. Nəticə də göz qabağındadır – turist yox, toy-yas yox, kafe-restoran bağlı, amma xaricdən ət almağı keçən ilə görə 11 faiz artırmışıq, ətin qiymətində də enmə yoxdur. Məmləkətdə hər bir sahə belədir, elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək var, məmur maraqları var – vəssalam...”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da bir müddət öncə Meydan TV-yə ət idxalının artmasından danışmışdı. Bildirmişdi ki, ət və süd istehsalının azalmasından sonra yem istehsalı çox baha başa gəlib:

“İndi ot presinin biri 5 manata təklif olunur. Halbuki, belə bir qiymət qışda olurdu. Bütün bunlar həm istehsalın azalacağını, həm də məhsulun qiymətinin bahalaşacağını söyləməyə əsas verir. Yəni mən aqrar sektorda köklü islahat görmürəm. Kadr dəyişikliyi qeyri-peşəkarların bu sahəyə toplanmasına səbəb oldu. Müvafiq nazirlikdə yüksək vəzifəli 5 məmur var, amma onların heç biri aqrar sektor üzrə mütəxəssis deyil və kənddə doğulmayıb”.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  10 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/d3mo4i

Most Viewed