Xarici İşlər Nazirliyi

Source: arxiv

Caption: Xarici İşlər Nazirliyi

Azərbaycan və Ermənistan arasında yenidən humanitar atəşkəs elan edildi (Yenilənib)

Article was updated on :  17 October 2020

“Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti bir prosesdir. Bu atəşkəs döyüşlərin bitdiyi anlamına gəlmir”.

Bunu "CNN Türk" kanalına Xarici İşlər Nazirliyi rəsmisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, atəşkəs, sadəcə, humanitar məqsədlərlə qəbul edilib.

"Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə davam edəcək. Humanitar atəşkəs, sadəcə, ölənlər və əsirlər üçün nəzərdə tutulmuş müvəqqəti prosesdir”, - Leyla Abdullayeva belə deyib.

+++

Atəşkəsin Minsk Qrupunun bəyanatına uyğun qəbul edildiyi bildirilir

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib.

Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

“Bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa və Rusiya Prezidentlərinin 1 oktyabr tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 10 oktyabr Moskva bəyanatına uyğun olaraq qəbul edilib”, - bəyanatda deyilir.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb. Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb. Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik “Skad” (Scud) raketi ilə endirilib. Nəticədə 10 nəfər, o cümlədən dörd qadın həlak olub. 34 nəfər yaralanıb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  17 October 2020
Featured in:  
Shortlink:   http://mtv.re/73o4dh

Most Viewed