İnternetdə geniş axtarış üsulları 

Axtarış, illustrasiya: Meydan Tv

İnternetdə geniş axtarış üsulları 

2022-ci ilin martında yenilənib

“Global Investigative Journalism Network” (GIJN) 1921-ci ildə onlayn araşdırmalar üzrə aparıcı beynəlxalq ekspert Paul Mayersin iştirakı ilə iki vebinar təşkil etmişdi.  BBC əməkdaşı və GIJN konfranslarının populyar iştirakçısı olan Mayers insanlar haqqında internetdə informasiya əldə etməyin ən yaxşı vasitələri və strategiyaları barədə məsləhətlərini təqdim edir.  Aşağıdakı mətndə bu məsləhətlərlə tanış ola bilərsiniz. 

Nəzərə alın: Burada adı çəkilən məhsul və xidmətlər onların reklamı sayılmır; alternativ məhsul və xidmətlərdən istifadə oluna bilər. 

Adamların axtarışı

“Google”dan daha effektiv istifadə: Əsaslar

İfadələrin əvvəlində dırnaq işarələri qoymaqla və ya sizə lazım olmayan kateqoriyaların tapılmasına səbəb olan terminlərin qarşısına minus işarəsi yazmaqla axtarışınızın fokusunu lazımi istiqamətə yönəldin. 

  • Məsələn, Maykl Cordanı axtarırsınızsa, o zaman onun adını axtarışda dırnaq işarələri içində “Maykl Cordan” kimi yazın. Dırnaq işarələri qoymasanız, o zaman “Google” Cordan və ya Maykl sözləri yazılmış bütün səhifələri tapacaq. 

Minus işarəsini axtarışdan kənar etmək istədiyiniz istənilən söz və ya ifadədən əvvəl yazın. 

  • Məsələn,  mətnində Tripoli sözü olan, amma Liviya sözü olmayan səhifəni tapmaq üçün,  axtarışda Tripoli -Liviya yazın. Nəzərə alın ki, bu halda yalnız Liviya sözü axtarışdan kənar ediləcək, lakin Liviyada yerləşən Tripoli barədə səhifələr axtarış nəticələrinə daxil ediləcək. Əgər Yunanıstan və ya Livanda yerləşən Tripoli haqqında səhifələri tapmaq istəyirsinizsə, o zaman həmin şəhərlərə aid açar tipli sözləri axtarışa əlavə etmək daha yaxşı nəticə verər. 

“YA” sözünü iki axtarışın hədəf sözlərinin arasına əlavə edərək, axtarışın səmərəlilik imkanlarını genişləndirmək olar. 

  • Məsələn, Ukraynada bombardmana məruz qalmış xəstəxanalar barədə səhifələri tapmaq üçün, müxtəlif şəhər adlarını axtarmağa çalışın

bomba xəstəxana Ukrayna YA Kramatorsk YA Mariupol YA Donetsk YA Xarkov.  Əgər YA (baş hərflərlə) sözünü yazmasanız, o zaman “Google” bu sözlərin olduğu səhifələrin hamısını axtaracaq və belə səhifələrin sayı çox olmaya bilər. 

Prefiksli internet saytı: yazıb, ardından boşluq saxlamayaraq, axtarışınızı müəyyən domen üzərində cəmləşdirə bilərsiniz. 

  • Məsələn, Covid-19-un adının Çin dövlət saytlarında çəkildiyi bütün halları tapmaq üçün Covid YA 新冠肺炎 site:gov.cn axtarın. 

Yalnız pdf formatında olan sənədləri axtarmaq üçün ext:pdf ifadəsini axtarışa verin. Əgər həmin sənəddə olan bir neçə sözü bilirsinizsə,  onları “Google” axtarış pəncərəsində dırnaq içərisində yazın və eyni sənədin başqa mənbələrdə olub-olmadığını yoxlayın. 

  • Məsələn, ABŞ Hərbi saytlarında Bagramın adı çəkilən pdf sənədlərini tapmaq üçün, Bagram ext:pdf site:mil sözlərini axtarışa verin. 

Zamanda səyahət

Bəzən sizə internetdən silinmiş informasiya lazım olur, məsələn, pozulmuş tvit, sayt və ya “Facebook” hesabı.  Bu informasiyanı əldə etməyin bir neçə vasitəsi mövcuddur. 

Axtarış mühərriki kaşeləri 

  • Əgər informasiya yaxınlarda silinib, lakin onun olduğu internet saytı hələ də “Google” axtarışı zamanı tapılırsa, axtarış nəticələri siyahısında onun adının yanında olan üç kiçik nöqtəni sıxın.  Bu sizə axtarış mühərrikinin kaşesində saxlanmış sənəd surətini tapmağa kömək edə bilər. 

Tarixlərə uyğun axtarışlar

  • Müəyyən şəxsi informasiya sonradan yayımlanmış xəbərlərin altında qalmış ola bilər.  Mühüm xəbərin dərc edilməsindən əvvəlki vaxta getmək üçün, “Tools” (Alətlər) sıxın və açılan menyudan lazımı zaman kəsiyini seçin:

Arxivlər

  • Archive.is silinmiş sosial media statuslarını və hesablarını tapmaq üçün xüsusilə yararlıdır. 
  • Wayback Machine, www.archive.org  kimi saytlar isə internet məzmununu bərpa etmək üçün faydalıdır. 

Şəkil vasitəsilə axtarış

Şəklin internetin harasında tapıldığını müəyyən etməklə, siz şəkildəki şəxsin kimliyini aşkarlamağı mümkün edən informasiyanı əldə edə bilərsiniz. “Google”un geriyə imic axtarışı funksiyası “Google Image” axtarışı pəncərəsindəki kamera ikonasını sıxmaqla aktivləşdirilir. 

investigating online Google image search bar

Foto: Skrinşot, Google

“Google Lens” adlı alət yüklədiyiniz şəkilə bənzəyən imicləri axtarır. 

investigating online, Google Lens

Foto: Skrinşot, Google

Əgər şəkillər uyğun deyilsə, “Find Image Source” (İmicin mənbəyini tap) sıxın.  Bu zaman “Google” tərəfindən indekslənən internet saytlarında məhz bu şəklin axtarışı aparılacaq. Bu funksiyadan siz loqolar, yer və insanların axtarışı üçün istifadə edə bilərsiniz.

Lazımi şəxsin tapılması

Bəzi adlar çox yayıldığından və bəzən ad tam şəkildə olmadığından,  axtardığınız insan haqqında mümkün qədər ətraflı məlumat toplamaq ən yaxşı vasitədir. Aşağıdakı məsələlər barədə düşünün: 

  • Ad: yazılışı, qısaldılmış variantı,  başqa əlifbalardan transliterasiya, valideynlərinin soyadından istifadə edə,  nikahdan sonrakı soyad, unikal istifadəçi adları. 
  • Münasibətlər: dost siyahısındakı ailə üzvləri, müxtəlif şəbəkələrdə eyni dost. 
  • İş yeri: iş, şirkət, əvvəlki iş yerləri. 
  • Əlaqəsi olan yerlər: doğulduğu yer, işlədiyi yer. 
  • E-mail ünvanı: formata uyğun e-mail ünvanlarını tapa bilən saytlardan istifadə. 
  • Eləcə də, şəxsin zahiri görünüşü, habelə onun maraqları, ictimai-siyasi maraqları və hobbilərini nəzərə alın. 

İnsanların axtarışı vasitələri 

  • Bəzi onlayn resursları şəxsi informasiyanı axtarıla bilən mənbələrdə toplayırlar. 
  • “Skopenow”, “Spokeo”, “Pipl” və başqaları ixtisaslaşmış tədqiqat saytlarıdır və sizin araşdırmanın mövzusu barədə zəngin şəxsi informasiyaya malikdirlər. Onları telefon nömrəsi,  e-mail ünvanı və başqa vasitələrlə axtarmaq olar. “Spokeo” da buna bənzər bir resursdur, lakin ABŞ vətəndaşları üzərində ixtisaslaşmışdır. 

Sosial mediada axtarış 

  • İnsanlar sosial mediadan həyatlarının müxtəlif aspektləri üçün istifadə edirlər. Hər birində də onların müxtəlif izləyiciləri var. 
  • Siz “Google” vasitəsilə site: yazmaqla sosial şəbəkələrdə axtarış apara bilərsiniz.  Məsələn, site:facebook.com. Lakin ən yaxşısı əvvəlcə sosial şəbəkələrdəki daxili axtarış vasitələrindən başlamaqdır, belə ki, onların öz informasiya bazaları ilə birbaşa əlaqələri var və buna görə də ən son məlumatlara malik olurlar.  
  • Siz əvvəlcə “Google” vasitəsilə site:youtube.com yazmaqla “YouTube”da axtarış apara bilərsiniz ya da həmin platformanın öz video axtarış sistemindən istifadə edə bilərsiniz. 

“Twitter”də axtarış 

“Twitter” çox yararlı və geniş axtarış formasına malikdir. Digər axtarış vasitələrinə aşağıdakılar daxildir: 

  • “Tweepsect” şəxsin kimi izlədiyini, onun izləyicilərini və kiminlə qarşılıqlı izləmə əlaqəsində olduğunu göstərir. 
  • “Followerwonk” iki və ya üç hesabın izləyicilərini müqayisə edir. 
  • “Tweetbeaver” böyük sayda faydalı “Twitter” axtarış vasitələrinə malikdir. 

“Facebook”da Axtarış

  • Qrup və səhifələrin özlərinin daxili axtarış imkanı lazımi statusu tapmaqda kömək edir. 
  • Facebook-un People (Adamlar) etiketi ən faydalı alətlərdən biridir. Burada sizə adı axtarmaq belə lazım gəlmir.  Sadəcə,  sizə lazım olan şəxsin tipi haqqında bir neçə söz yazmaq lazımdır. Məsələn, siz sadəcə peşə, şirkət, şəhər və ya universitet adı yaza bilərsiniz. Səhifənin solundakı filtrlər axtarışınızın özəllikləri barədə seçimlər etməyə imkan verir. 
  • “Posts” adlı etiket “Facebook” statuslarında açar sözləri axtarmaq imkanı verir. Filtrlərin köməyilə mənbəni, tarixi seçə və “Facebook” qruplarında axtarış apara bilərsiniz. 
  • Əgər kiminsə “Facebook”da nəyisə sonradan dəyişdirdiyini hiss etmisinizsə, o zaman yuxarı sağ küncdə üç kiçik nöqtəni sıxın,  “see edit history” – (redaktə tarixçəsini gör) – və mətnin əvvəlki versiyaları ilə tanış olun. 

“Instagram”, “Telegram” və “TikTok”da Axtarış

  • Burada axtarış bir qədər çətindir, lakin dəyərlidir, ələlxüsus da əgər sizin hədəfiniz “Twitter”, “Facebook” və digər sosial mediadan istifadə etmirsə. 
  • “Instagram” və “TikTok”da axtarışı “Google” vasitəsilə aparmaq daha asan ola bilər. Siz bu zaman site:tiktok.com yazmaqla, axtarışı həyata keçirə bilərsiniz. 
  • “Telegram”ın kompüter variantı kanalları axtarmaq və kanalların daxilində axtarış hərəkətləri həyata keçirmək imkanı verir.  “Telegram”la əlaqəsi olan başqa sosial şəbəkərlərdə axtarış aparmaq məsləhət görülür.  Bunu etmək üçün sadəcə axtarışınıza “t.me” əlavə edin. 

Müəllif hüquqları © Pol Mayersə məxsusdur 2021. Əlavə məlumat almaq üçün “Twitter”də Pol Mayersi izləyin @paulmyersbbc. 

Pol Mayers BBC-nin Araşdırmalara Dəstək Təşəbbüsünün aparıcı müşaviridir. O, 20 il ərzində onlayn tədqiqat işlərinin önündə gedərək,  əsrin əvvəlindən jurnalist həmkarları üçün təlim kurslarına rəhbərlik edib. BBC-dəki fəaliyyətindən başqa, Mayers BMT İnkişaf Proqramı, Dünya Bankı,  “The Guardian” qəzeti, CNN və bir çox başqa araşdırma qurumlarına yardım göstərib. O, “researchclinic.net” internet saytını idarə edir.