Fövqəladə vəziyyətlərdə jurnalistlərin atmalı olduğu zəruri addımlar

Foto: Reuters

Rusiya hərbçiləri 2014-cü ildə Krımı işğal edəndə, bir qrup maskalı, silahlı şəxs GIJN-nin üzvü olan Krım Araşdırmaçı Jurnalizm Mərkəzinə basqın etdi. Mərkəzin işçiləri sonda Kiyevə köçməli oldular. 

Azərbaycanla bağlı hissəsini oxumaq üçün linkə tıklayın.

Hədə-qorxu ilə üzləşmiş jurnalistlərə bəzən bir neçə saat içində evlərindən qaçmaq lazım ola bilər. Lakin münaqişələrin yaranacağını bir çox hallarda əvvəlcədən hiss etmək mümkün olur. Buna görə də təhlükəli regionlarda yaşayanlar qaçış planına və lazımi sənədlərə malik olmalıdırlar.  

Bu sənədlər jurnalistlərə yalnız səyahət zamanı yox, daha təhlükəsiz regiona və ya ölkəyə gedərkən gərəkli ola bilər. Aşağıda lazımi sənədlərin və jurnalistlərə başqa yerə köçməkdə kömək edən təşkilatların siyahısı verilib. 

Əldə hazır saxlanmalı sənədlər

  1. Aşağıdakı sənədlərin əslini və ya fiziki surətlərini hazır saxlayın. 
  2. Şəkillər çəkin və etibar etdiyiniz şifrəli Bulud servisində (məsələn, Dropbox, Sync.com) yerləşdirin. Ya da smartfonunuzu itirmək ehtimalını nəzərə alaraq, onları ikinci bir cihazda saxlayın. Onları eləcə də xaricdə yaşayan ailənizə və ya dostlarınıza da göndərə bilərsiniz. 
  • Pasport, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi.
    • Bitmə tarixini yoxlayın. Əgər müddətin bitməsinə bir neçə ay qalırsa, mümkün qədər tez sənədi yeniləyin. 
    • Əgər sizdə bir neçə kimlik sənədi varsa, onları ayrı-ayrı yerlərdə saxlayın ki, biri itsə, digəri köməyinizə çatsın. 
  • Doğum haqqında şəhadətnamə (ya da doğum tarixinizi və doğulduğunuz yeri sübut edən hər hansı başqa rəsmi sənəd).
  • Digərləri: nikah haqqında şəhadətnamə, ali məktəb diplomu (diplom, məzun olduğunuzu və təhsil aldığınızı təsdiq edən sənəd), mətbuat vəsiqəniz, peşəkar sertifikatlarınız, vaksin sertifikatı, digər tibbi sənədlər. 

Aşağıdakı informasiyanı ingilis dilində Bulud xidmətində və ya smartfonunuzda bir sənədin içində və kiməsə göndərmək üçün “kopipeyst” olunmağa hazır halda saxlayın: 

  • Tam hüquqi adınız, doğulduğunuz yer və tarix.
  • Pasportun nömrəsi, verilmə və bitmə tarixi. 
  • Hazırda olduğunuz yer — amma bu informasiyanı onlayn mesajla göndərərkən ehtiyatlı olun. 
  • E-mail ünvanınız.
  • Telefon nömrəniz və fərqlidirsə “WhatsApp” və “Signal” nömrələriniz. 
  • İş yeriniz, yerli və xarici təşkilatda işlədiyinizi sübut edən sənəd. 

Əgər xaricdə etibar etdiyiniz dostunuz və ya əlaqəniz varsa, onlara bu sənədlərdən və məlumatlardan bəzilərinin rəqəmsal surətlərini təhlükəsiz yerdə saxlamaq üçün göndərmək barədə düşünün. 

Şəxsi Sənədlər

  • Fotoşəkillərin, vacib və yadigar saydığınız başqa şeylərin rəqəmsal surətlərini çıxarın.
  • Hər şeyi etibar etdiyiniz Bulud servisində saxlayın. 

Hazırlıq tədbirləri

  • Asan və müvəqqəti olaraq ölkədən çıxmaq imkanına malik olmaqdan ötrü təhlükəsiz xarici dövlətə turist vizası almaq üçün müraciət edin. 
  • Keçmişdə işləmiş olduğunuz beynəlxalq təşkilatlarla əlaqə saxlayın (redaksiyalar, freelancer kimi əməkdaşlıq etdiyiniz internet jurnallar, müşavirlik etdiyiniz və ya işlədiyiniz QHT-lər).
    • İngilis dilində onlarla işləməyinizin qeydiyyatını və ya sübutunu istəyin (məsələn, baş redaktor və ya kadrlar şöbəsinin imzası olan, gördüyünüz işi və işlədiyiniz və ya freelancer kimi fəaliyyət göstərdiyinizi təsdiq edən sənəd). 
    • Onlardan milli hökumət səviyyəsində kimlərlə münasibətləri olduğunu və həmin ölkədə qaçqın statusu almaq üçün müraciət etsəniz, sizə zəmanət verə biləcəklərini soruşun. 
    • Təsdiqedici elektron sənədlərin ingilis dilində olmasını xahiş edin və vəziyyət dəyişdikcə, sizin işinizlə məşğul olacaq təşkilat işçisinin adını istəyin.  
  • Üzvü olduğunuz beynəlxalq peşəkar təşkilatlarla əlaqəyə girin və onlardan ingilis dilində dəstək məktubu yazmağı və üzvlüyünüzü təsdiq edən sənədlə təmin etməyi xahiş edin. 
  • Başqa ölkələrdə sığınacaq və qaçqın statusu almağın yollarını araşdırın və bu zaman yaxın ailə üzvlərinizin yaşadığı ölkələrdən başlayın (valideyn, baba, ya nənə, qardaş, ya bacı, həyat yoldaşı, övlad).
    • Əgər nədən başlamağı bilmirsinizsə,  maraqlandığınız ölkələrin səfirliklərinə müraciət edin və sığınacaq prosedurları haqqında informasiya istəyin; 
    • Siz həmçinin qaçqınlara yardım təşkilatları ilə əlaqə saxlayıb, onlardan başqa bir ölkədə qaçqın olmaq üçün tələb olunan hüquqi qaydaları anlamaqda kömək istəyə bilərsiniz. 

Rəqəmsal və fiziki təhlükəsizlik tədbirləri 

Müraciət etmək üçün təşkilatlar

Aşağıda peşə fəaliyyəti səbəbindən təhlükəli şəraitdə olan jurnalistlərə təcili yardım edən təşkilatların siyahısı verilir:

Committee to Protect Journalists (CPJ) – Jurnalistlərin Müdafiəsi Komitəsi cəbhə xəttində işləyən jurnalistlərə dəstək verir, xəsarət almış, həbs edilmiş və ya fəaliyyəti üzündən qaçmağa məcbur olmuş jurnalistlərə çevik yardım göstərir. Onlarla ən tez əlaqə yolu elektron məktub yazmaqdır (emergencies@cpj.org).

Canadian Journalists for Free Expression (CJFE)  – Kanada Jurnalistləri İfadə Azadlığı Uğrunda təşkilatı aşağıdakı vəziyyətlərdə maliyyə yardımı təklif edir:

  • Müraciət edən jurnalist olmalıdır, bunu ya IFEX üzvü, ya da təcili yardım göstərən təşkilat təsdiq etməlidir.
  • Maliyyə dəstəyinin məbləği adətən 500-1500 Kanada dolları civarında (400-1,200 ABŞ dolları) olur. 
  • CJFE jurnalistlərə maksimum iki ayrıca qrant verə bilər.
  • CJFE yalnız ingilis dilində yazılmış ərizələri qəbul edir.

CJFE-in maliyyə dəstəyinə həbs edilmiş jurnalistlərin vəkil xərcləri, tibbi xərclər, təhlükəsiz yerlərə getmək üçün nəqliyyat xərcləri və təhlükəsiz ölkədə məskunlaşmaq xərcləri daxil ola bilər.  

Free Press Unlimited (FPU)  – Sərhədsiz Azad Mətbuat işləyə bilməyən jurnalistlərə qısamüddətli yardım göstərir və ya təhlükəli yerlərdən müvəqqəti xilas olmaq üçün lazım olan xərcləri ödəyir.  Buradan müraciət edə bilərsiniz . FPU-nun internet saytına əsasən, şərtlər belədir: 

  • Siz mətbuat təşkilatısınız və ya fəal peşəkar mətbuat işçisisiniz; 
  • Sizin düşdüyünüz fövqəladə vəziyyət peşəkar mətbuat işçisi kimi fəaliyyətinizin bilavasitə nəticəsidir;
  • Siz qəbul edirsiniz ki, alacağınız yardım birdəfəlikdir və mütəmadi deyildir;
  • Siz qəbul edirsiniz ki, bu dəstəyin məqsədi sizə əmək fəaliyyətinizi mümkün qədər tez bir zamanda bərpa etməkdə kömək göstərməkdir; 
  • Düşdüyünüz vəziyyətin həqiqiliyini özünüzdən başqa ən azı daha iki etibarlı mənbə təsdiq edə bilər. 

Freedom House  fövqəladə yardım proqramını həyata keçirir. Ərizə vermək barədə məlumat üçün onlara bu ünvana info@csolifeline.org məktub göndərin. 

International Federation of Journalists (IFJ) Beynəlxalq Jurnalist Federasiyasının Təhlükəsizlik Fonduna  buradan müraciət edə bilərsiniz. 

International Media Support (IMS) – Beynəlxalq Mediaya Dəstək təşkilatı “24/7 qaynar xətlər, təhlükəsiz evlər, təhlükəsizlik fondu, təhlükəsizlik avadanlığı, hüquqi yardım, fövqəladə yardım” və digər tədbirlərdən ibarət yardım paketi təklif edir. 

International Women’s Media Foundation (IWMF) –Beynəlxalq Qadın Media Fondu psixoloji və tibbi yardım, müvəqqəti relokasiyada köməklik (3 ay ərzində) və hüquqi yardım göstərən Fövqəladə Fonda malikdir. Həmin təşkilata buradan müraciət edə bilərsiniz. Tələb olunan kriteriyalar bunlardır. 

Journalisten helfen Journalisten – Jurnalistlərə Kömək Edən Jurnalistlər. Almaniyada mənzillənmiş bu təşkilata relokasiya üçün müraciət etmək istəyirsizsə, jhjgermany@t-online.de ünvanına e-mail göndərin. 

Reporters Without Borders (RSF) – Sərhədsiz Jurnalistlər Təşkilatı təhlükədə olan jurnalistlərdən yardım üçün  assistance2@rsf.org  ünvanına yazmağı və ya +33 1 4483 8466 zəng etməyi xahiş edir. 

Beynəlxalq təqaüd proqramları 

Əgər vaxt imkan verirsə, gərginlik azalana qədər ölkəsini tərk etmək istəyən jurnalistlər bu beynəlxalq təqaüd proqramlarına müraciət edə bilərlər.  Onlar çox vaxt viza alınmasında kömək edir, təqaüd verir və mənzil məsələlərində yardım edir.