“Əslində bu beynəlxalq təşkilatlar və QHT Avropa Oyunlarını keçirmək məsuliyyətini üzərinə götürdüyünə görə Azərbaycana təşəkkür etməlidir”
Ziyafət Əsgərov bildirib ki, bir dövləti tənqid etmək olar: “Biz də hansısa dövləti tənqid edə bilərik. Ancaq insan hüquqlarını alver predmetinə çevirib, hansısa ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir”.
Z. Əsgərov qeyd edib ki, bu gün beynəlxalq hüquqda böhran yaşanır: “Dövlətlər beynəlxalq hüququn bərabərhüquqlu subyektidirsə, bir-birinə qarşı səmimi olmalıdır”.
Onun sözlərinə görə, əslində bu beynəlxalq təşkilatlar və QHT Avropa Oyunlarını keçirmək məsuliyyətini üzərinə götürdüyünə görə Azərbaycana təşəkkür etməlidir: “Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək və bu qarayaxma cəhdlərə tutarlı cavab olacaq. Avropa Oyunlarının yüksək səviyyədə təşkili Azərbaycan xalqının özünə və dövlətinə inamını artıracaq”.