Ziyafət Əsgərov: Dəyişikliklərlə hüquqi dövlət prinsiplərinə cavab verməyə çalışırıq

Qurban Məmmədov: ”26 sentyabr referendumu da saxtalaşdırılacaq”

Foto: Meydan TV
Ziyafət Əsgərov
Ziyafət Əsgərov


Qurban Məmmədov: ”26 sentyabr referendumu da saxtalaşdırılacaq”

“Hər bir cəmiyyətin həyatında dəyişiklik vacibdir. Bəzən deyirlər ki, Referendum Aktı layihəsi, Konstitusiyada ediləcək dəyişikliklər nə üçündür? Bu, ölkənin inkişafı ilə əlaqədardır. Elə məsələlər var ki, günün tələblərinə cavab vermir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Z.Əsgərov bildirib ki, Konstitusiya hüquqi dövlətin tələblərinə cavab verməlidir: “Heç bir ölkə deyə bilməz ki, tam hüquqi dövlətdir. Heydər Əliyev deyərdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz də bu dəyişiklikləri etməklə mərhələ-mərhələ hüquqi dövlət prinsiplərinə cavab verməyə çalışırıq. Referendumda xalq bütövlükdə iştirak edir. Burada xalqın iradəsi əks olunur. Hər bir Refendum Aktı cəmiyyətin barometri, inkişafın göstəricisidir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var”.

Z.Əsgərovun fikirlərini Meydan TV-yə şərh edən hüquqşünas Qurban Məmmədov bildirib ki, Ziyafət Əsgərov ancaq nəzəri baxımdan haqlıdır: “Əgər Konstitusiyada və qanunlarda həyata keçirilən dəyişikliklər həqiqətən də ictimai münasibətlərin tələbindən doğursa, bu dəyişikliklər zəruridir, çünki bunlar dövlətin, cəmiyyətin inkişafına səbəb olur. Ancaq 26 sentyabr referendumu tamamilə hakimiyyəti və dövləti özəlləşdirib bir ailənin, tayfanın, qrupun mülkiyyətinə çevirmək məqsədiylə keçirilir. Bəzi dəyişikliklər isə bu niyyəti gizlətməyə yönəlib”.

Qurban Məmmədov

Hüquqşünas hesab edir ki, prezidentin iyulun 18-də təqdim etdiyi Konstitusiya Aktı layihəsindəki təkliflər əsassız və ehtiyac olmayan müddəalardır: “Hər bir vətəndaş Konstitusiyaya dəyişiklik təklifi verə bilər, önəmli olan Azərbaycanda ədalətli, qanuni seçkilərin, referendumun keçirilməsidir. Yəni, xalqın seçiminə hörmət varmı, problem bundadır. Əgər seçki prosesi şəffaf və ədalətlidirsə, buyursunlar, dəyişikliklə bağlı təkliflərini versinlər. Təəssüf ki, əvvəlki seçkilərdə olduğu kimi 26 sentyabr referendumu da saxtalaşdırılacaq”.

Ana səhifəXəbərlərZiyafət Əsgərov: Dəyişikliklərlə hüquqi dövlət prinsiplərinə cavab verməyə çalışırıq