Zirzəmiyə dolan su binanı çökdürə bilər

Xaçmaz sakinləri 5 ildir çirkab su, üfunət qoxusu içərisində yaşamaq məcburiyyətindədir.

Source:


Xaçmaz sakinləri 5 ildir çirkab su, üfunət qoxusu içərisində yaşamaq məcburiyyətindədir.

Xaçmaz şəhərində yerləşən 5 mərtəbəli yaşayış binasının zirzəmisi su içindədi. Problem binanın çökməsinə səbəb ola bilər.

Nəriman Nərimanov küçəsi 78 ünvanında yerləşən bu bina artıq 5 ilə yaxındı ki, bu vəziyyətdədir.

Bina sakinləri deyir ki, dəfələrlə rəsmi qurumlara yazıb zirzəminin çirkab suları ilə dolu olmasından, dam örtüyünün bərbad vəziyyətindən şikayətləniblər. Amma şikayətə  baxan yoxdu.

Bina sakini Musa Səlimov deyir ki,  müraciət etmədikləri idarə qalmayıb: “Amma nə gələn var, nə gedən. Heç maraqlanan da yoxdu. Birinci mərtəbədə oluram. Qarşıdan yay gəlir. İndidən iydən-qoxdan dayanmaq mümkün deyil. Damdan damımız yox, zirzəmidən zirzəmimiz. Binaya baxan isə heç yoxdu”.

Məlahət Abdullayeva da birinci mərtəbədə yaşayır: “Evinə qonaq gələndə utanırıram. Səbəb isə zirzəmidən gələn iyrənc qoxudu. Qoxu bir yana, ev də rütübət içindədi. Ailə

üzvlərimiz rütubətdən yel xəstəliyi tapıb. Adam nə qədər rütubət içində yaşayar?”

Sakinlər deyir ki, müxtəlif illərdə bu binadan yazılar, videosüjetlər hazırlanıb, amma hər gələn müxbirə məsələnin tez həll olunacağın deyən rəsmilər indiyədək heç bir tədbir görməyiblər.

“Vəziyyətləri çox çətindi. İndi su hələ azalıb,qışda isə düz birinci mərtəbənin qarşısınacan gəlib çıxırdı. Havalar istiləşdiyindən su bir az çəkilib, amma onun da əvəzinə pis qoxu yaranıb. Jurnalistlər çox gəlib maraqlanıblar, yazıblar, çəkiblər. Onlara heç olmasa söz verirdilər ki, tez bir zamanda bu problemi həll edəcəklər. Amma heç bir köməklik yoxdu. Onlara yalan da olsa söz verirlər, bizim sözümüzü isə eşidən heç yoxdu”- Ələkbər Mahmudov deyir.

Doğurdan da, pis qoxudan binanın bloklarında dayanmaq mümkünsüz idi. Bina isə 1988- ci ildə  istifadəyə verilib. Lakin o vaxtdan binaya nəzarət edən olmayıb.

Xaçmaz Su-Kanal İdarəsindən isə bildirdilər ki, tez bir zamanda məsələ həll olunacaq: “Borularda nasazlıq var, ona görə də zirzəmiyə su dolur. Binaya gələn ana su xəttində nasazlıqların olması ilə bağlı “Azərsu” -ya müraciət edilib. Lazımı borular göndəriləndən sonra isə məsələ öz həllini tapacaq”.

Ana səhifəXəbərlərZirzəmiyə dolan su binanı çökdürə bilər