Zığda sürüşmə aktivləşib, Kürdəxanıda isə qrunt sularının səviyyəsi qalxıb

Source:

“Zığ qəsəbsinin lokal sahələrində sürüşmə prosesi aktivləşib. Nəticədə tikililərin divarlarında və torpaq qatındakı çatlarda genişlənmələr müşahidə olunur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov bu barədə APA-ya danışıb.

Dəstə rəisi Kürdəxanı qəsəbəsinin “Yeni massiv” adlı yaşayış sahəsində də subasma hadisəsinin baş verdiyini, ərazidə qrunt sularının səviyyəsinin qalxdığını söyləyib.

Rafiq Həsənov həmin ərazinin su ilə basılmasının ilk dəfə olduğunu qeyd edib: “Ərazidə proses bir neçə ay bundan qabaq başlayıb. Hazırda ərazinin su ilə basılması müşahidə olunur. Kürdəxanıda həm üst, həm də qrunt sularının səviyyəsi qalxıb. Buna səbəb ərazidə kanalizasiya xəttinin, drenaj şəbəkəsinin olmamasıdır. Həm də orada əhalinin və evlərin sayı artıb. Buna görə şambolar tikilib. Bütün təsərrüfat, məişət suları şambolara, yerin təkinə vurulur. Nəticədə isə qrunt sularının səviyyəsi qalxır”.

Ötən ilin sonunda Binəqədi ərazisində də qurunt sularının qalxması ilə bağlı məlumatlar yayılmışdı.

Ana səhifəXəbərlərZığda sürüşmə aktivləşib, Kürdəxanıda isə qrunt sularının səviyyəsi qalxıb