Zərərçəkənin xanımı Eldar Mahmudova brilyant verdiklərini təsdiqləyib

Akif Çovdarov aclıq aksiyasını dayandırıb

Source:


Akif Çovdarov aclıq aksiyasını dayandırıb

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov, həmin idarənin əməkdaşı Səlim Məmmədov, nazirliyin idarə rəisi Akif Əliyev və şöbə rəisi Orxan Osmanovun növbəti məhkəmə prosesi keçirilir.

Meydan TV-nin məlumatına görə, dekabrın 5-də Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasa jurnalistlər buraxılmayıb.

Prosesdən sonra vəkillər jurnalistlərə açıqlama veriblər. Onların sözlərinə görə, iclasda zərərçəkmiş Şahmar Qurbanovun keçmiş həyat yoldaşı Nigar Məmmədova ifadə verib. O, Ş.Qurbanovdan eşitdiklərini istintaq zamanı söylədiyini deyib. Bildirib ki, ifadəni oxumadan imza edib.

Ş.Qurbanov isə jurnalistlərə deyib ki, həyat yoldaşı istintaqa verdiyi ifadəsini təsdiq edib: “Bildirdi ki, mənimlə İsgəndər Hüseynovun Eldar Mahmudov və Akif Çovdarov üçün xaricə brilyant gətirməyə getdiyimizi bilib. Evlərin, maşının, sexin satılaraq pullarının Akifə verilməsindən xəbəri olub”.

İclasda təqsirləndirilən Səlim Məmmədovun vəkili vəsatət verib. O, Səlim Məmmədovun anasının öldüyünü və buna görə yas məclisində iştirakına şərait yaradılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Proses günün ikinci yarsında davam edəcək.

Ş.Qurbanov istintaqa ifadəsində Akif Çovdaroa 500 min dollar və 380 min dolllar dəyərində brilyant verdiyini bildirib.

Prosesdə  A. Çovdarovun səhhəti ilə bağlı verilən ekspertiza rəyi açıqlanıb. Ekspert rəyində qeyd edilib ki,  A. Çovdarov  40 gündən artıq aclıq aksiyası keçirdiyindən onun səhətti ilə  bağlı eskpertiza keçirmək mümkün deyil. Məsələyə münasibət bildirən A. Çovdarov aclıq aksiyasını dayandırdığını deyib. Onun ekspertizadan keçirilməsi qərara alınıb və iclas dekabrın 19-dək təxirə salınıb.

Təqsirləndirilən şəxslər – Akif Çovdarov, Səlim Məmmədov həmin Məcəllənin Akif Əliyev və Orxan Osmanov Cinayət Məcəlləsinin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Ana səhifəXəbərlərZərərçəkənin xanımı Eldar Mahmudova brilyant verdiklərini təsdiqləyib