“Zərərçəkən” məhkəmə qərarını ədalətsiz sayır

Cəmil Həsənlinin qızının məhkəmə prosesi keçirilib

Source:


Cəmil Həsənlinin qızının məhkəmə prosesi keçirilib

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlinin apellyasiya şikayətinə baxılıb. Prosesdə zərərçəkən qismində Adilə Səlimova da iştirak edib.

Meydan TV-in islası izləyən əməkdaşı bildirib ki, vəkillər Adil İsmayılov və Fəxrəddin Mehdiyev yenidən tibbi ekspertiza və məhkəmə istintaqı təyin olunması barədə vəsatət qaldırsalar da, rədd olunub.

Adilə Səlimova Meydan TV-in əməkdaşına bildirib ki, o, hökmü ədalətsiz hesab etdiyi üçün apellyasiya şikayəti verib: “Mən yaşlı qadınam, heç bir şikayətim yoxdur. Bir balaca əzilmişdim, həmin günü həkimə aparıblar. Ayağımdakı o biri xəsarət 2008-ci ildə yıxılmışam, o vaxtdan qalıb”.

AXCP sədri Əli Kərimli də məhkəmə prosesinin sifarişli olduğunu və Cəmil Həsənlini qızının vasitəsilə cəzalandırıldığını deyib.

Növbəti aprelin 24-nə təyin olunub.

Ana səhifəXəbərlər“Zərərçəkən” məhkəmə qərarını ədalətsiz sayır