Baş Prokurorluq

Mənbə: arxiv

Başlıq: Baş Prokurorluq

Zərdabda bələdiyyə sədri ilə icra nümayəndəsi həbs olunub

Vəzifəli şəxslər saxta müqavilə hazırlamaqda və rüşvət almaqda ittiham olunurlar

Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri Sahib Xəlilov və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kəndindəki nümayəndəsi Rahib Xəlilov həbs edilib.

Məlumatı Baş Prokurorluq yayıb. Bildirilir ki, Rahib Xəlilov bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini saxta icarə müqaviləsilə 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verib. Bunun müqabilində də vətəndaşdan 10 min manat pul tələb edib. Elə həmin vətəndaşın şikayəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmaya başlayıb.

Məlum olub ki, Sahib Xəlilov və Rahib Xəlilov 10 min manatın 500 manatı iyulun 18-də tanışlarının adına olan plastik karta yüklənib. Məlumatda deyilir ki, qalan məbləğin 1.500 manatını iyulun 22-də Zərdab rayonu, Aşağı Seyidlər kəndində alıblar. Həmin şəxslər iyulun 28-də vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar:

“Göstərilən faktlar əsasında iyulun 28-də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb”.

Baş Prokurorluq bildirir ki, cinayət işi üzrə Sahib Xəlilov və Rahib Xəlilov Cinayət Məcəlləsinin həmin maddələri əsasında tutulublar.

“Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Meydan TV həbs olunan şəxslərin yaxınları və ya vəkilləri ilə əlaqə saxlaya bilməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wgsmdi

Ən çox baxılan