“Süleyman Süleymanov işinin təşkilində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib”
Respublika Prokurorluğu Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən azad olunması xəbərini təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında deyib ki, Süleyman Süleymanov baş prokuror Zakir Qaralovun əmri ilə işdən çıxarılıb.
O bildirib ki, S.Süleymanov Zərdab Rayon Prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilib.
Məlumatı yanvarın 10-da rayonun sabiq müstəntiqi Rüfət Səfərov yaymışdı. O, rayon prokurorunun işdən çıxarılmasını özünün istefası ilə əlaqələndirir.