Yaralıların kimliyi müəyyənləşib
Yanvarın 1-də Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində 10-a yaxın avtomobilin iştirakı ilə zəncirvarı qəzanın baş verdeyi barədə məlumat yayılıb.
Qəza nəticəsində 1 nəfərin öldüyü, 14-nün yaralandığı deyilir.
Sosial şəbəkələrdə yayılan videodan hadisənin baş verdiyi dəqiqələrdə havanın dumanlı olduğu görünür.
“Report” ölənlərin və yaralananların kimliyinin müəyyən olunduğunu qeyd edib.
“Sabirabad rayon sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov hadisə yerində ölüb. Bakı şəhər sakinləri – 1982-ci il təvəllüdlü Mahirə Vəliyeva, 1968-ci il təvəllüdlü Fəxrəddin Həsənov, Sabirabad rayon sakinləri – 2007-ci il təvəllüdlü Fəxri Ələkbərov, 2005-ci il təvəllüdlü Xəyyam Əliyev, 1994-cü il təvəllüdlü Rüfanə Məmmədova, 2019-cu il təvəllüdlü Əsmər Həsənli, 1977-ci il təvəllüdlü Elmir Ələkbərov, 1998-ci il təvəllüdlü Pərvin Həsənova, 2017-ci il təvəllüdlü Səyid Məmmədəli, 2015-ci il təvəllüdlü Fidan Məmmədəli, 2016-cı il təvəllüdlü Elmira Məmmədəli, 1970-ci il təvəllüdlü Rəqiyyə Həsənova, 2010-cu il təvəllüdlü Hüseyn Ələkbərov və 1993-cü il təvəllüdlü Həsən Həsənov xəsarət alıblar”.