Zelenski ayaqda alqışlandı, Lavrova qulaq asmaq istəmədilər

“Bu gün ukraynalılar azadlıqlarının “bədəlini ödəyirlər”

Martın 1-də Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Parlamentinin fövqəladə iclasına qoşulub. Ukrayna Rusiyanın müdaxiləsinə qarşı özünü müdafiə etdiyi üçün Zelenski video-bağlantı vasitəsilə Avropa İttifaqını onlarla birlikdə olduqlarını sübut etməyə çağırıb.

Önlərində Ukrayna bayrağı olan Avropa Birliyi millət vəkilləri Zelenskini ayaqda alqışlayıblar.
Zelenski çıxışında bildirib ki, bu gün ukraynalılar azadlıqlarının “bədəlini ödəyirlər”.

“Sizə sabahınız xeyir, günortanız xeyir və ya axşamınız xeyir deyə bilmirəm. Çünki bəzi insanlar üçün hər gün xeyirli sayılmır. Hətta bəziləri üçün bu gün sonuncudur“.

Eyni gün Rusiya xarici işlər naziri Sergey Lavrov Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi Silahsızlanma Konfransında çıxış edib.

Salondakı diplomatlar onu dinləmək istəməyiblər, zalı tərk ediblər.

Fevralın 24-nə keçən gecə Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərinə “xüsusi əməliyyat” əmri verib.
Səbəb kimi isə qondarma Donetsk və Luqansk “respublikaları” rəhbərlərinin ona müraciətini göstərib.
İddia edib ki, məqsəd dinc sakinləri qorumaq, Ukraynanın təhdidlərinə cavab verməkdir.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər. Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaZelenski ayaqda alqışlandı, Lavrova qulaq asmaq istəmədilər