Zəhərlənənlər arasında üç yaşında uşaq da var


Artıq Lökbatandakı zəhərlənmə hadisəsi ilə bağlı Bakı şəhər Prokurorluğu da açıqlama verib.

Lökbatanda zəhərlənmə hadisəsi zamanı taksikologiya şöbəsinə  43 nəfər müraciət edib ki, onlardan ən kiçiyinin üç, böyüyünün isə 45 yaşı olduğu bildirilir.

Bu barədə Meydan TV-yə Kliniki Tibbi Mərkəzin Taksikologiya Şöbəsinin müdiri Azər Maqsudov  məlumat verib.  Onun sözlərinə görə,  müraciət edənlərdən beş nəfəri uşaq,  11-i kişi, qalanları isə qadındır.

“Müraciət edənlərin vəziyyətləri orta ağır və yüngül kimi qiymətləndirilib. Hamısına müayinədən sonra tibbi yardım göstərilib.  Vəziyyətləri yaxşı olandan sonra axşam evə buraxılıblar. Xəstələrə qoyulan diaqnoz  məişət qazı ilə zəhərlənmə olub”.

Həkim, zəhərlənənlər arasında ölüm hadisəsinə də münasibət bildirib və qeyd edib ki, həmin xəstə şöbəyə daxil olmadan Lökbatanda dünyasını dəyişib.

Artıq Bakı şəhər Prokurorluğunun yaydığı açıqlamada bildirilir ki, məişət qazı ilə zəhərlənmə diaqnozu ilə Qarabağ rayon Təcili Tibbi Yardım stansiyasına və Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olan 60-dan artıq zərərçəkənə ilkin tibbi yardım göstərilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

İş üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilmişdir.

Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Ana səhifəVideoZəhərlənənlər arasında üç yaşında uşaq da var