Zavodda ölənlərin kimliyi bəlli oldu

İşçilərin cəsədi partlamış sexdən tapılıb

Source:


İşçilərin cəsədi partlamış sexdən tapılıb

Şirvanda yerləşən “Araz” zavodunda baş vermiş partlayış zamanı ölənlərin kimliyi bəlli olub.

Meydan TV-nin hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, dünyasını dəyişənlər 1958-ci il təvəllüdlü, sürücü Ağamir Allahyar oğlu Məmmədov və İlhamə Nuriyeva, Samirə Mirzağa qızı Gülüşovadır.

Zavod əməkdaşlarının jurnalistlərə verdiyi məlumata görə, Ağamir Məmmədovun cəsədi partlayışın baş verdiyi 8 saylı sexdə tapılıb. Müxtəlif ərazilərdən toplanan mərmilər həmin sexə gətirilir və orada yenidən istehsal olunurmuş.

Ağamir Məmmədov 3 aydır ki, həmin zavodda oğlu ilə birgə çalışırmış.

Partlayış zamanı yüksək gərginlikli dayaqlar yanıb tökülüb. Hadisə zamanı zavodda olan işçilərin bir qismi “Qarasu Oil” şirkətinin anbarları yerləşən əraziyə, bir qismi isə yaxınlıqdakı qayalıqlara tərəf qaçmaqla canını qurtara bilib.

Meydan TV əməkdaşının sözlərinə görə, zavodun inzibati binasının da bütün şüşələri qırılıb: “Yanğın hələ də davam edir. Ancaq hadisə yerində şəhər rəhbərliyi və ya hər hansı məmur yoxdur. Yalnız hadisədən bir neçə saat sonra Baş prokurorun müavini Rüstəm Usubov əraziyə gəlib. Sakinlər deyiblər ki, o, şəhər icra hakimiyyəti başçısının yaxın qohumudur. Hazırda Şirvan şəhər İcra Hakimiyyətinin binasında hadisə ilə bağlı iclas keçirildiyi bildirilir”.

Ana səhifəXəbərlərZavodda ölənlərin kimliyi bəlli oldu