Zaqatalada bələdiyyə sədrinə qarşı cinayət işi açılıb

Foto: Zaqatala Rayon Prokurorluğu

Həsrət Musayev bələdiyyə vəsaitini mənimsəməkdə ittiham olunur

Zaqatala rayonunun Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayev haqqında cinayət işi başlanıb. O, 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat bələdiyyə vəsaitini mənimsəməkdə ittiham olunur. Bu barədə Respublika Prokurorluğu məlumat yayıb.

Bələdiyyə sədrinə qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.

Hazırda Zaqatala Rayon Prokurorluğunda Həsrət Musayevlə bağlı istintaq davam edir.

Həsrət Musayevin bu ittihamlara münasibəti məlum deyil.

Həsrət Musayev 2018-ci ildə Bəhmətli kənd icra nümayəndəsi Şamil Xasməmmədovla birlikdə qəzaya düşəndə medianın gündəminə gəlmişdi. 2020-ci ildə isə kənd sakinləri prezidentə ünvanladıqları şikayət məktubunda örüş və əkin yerlərinin olmamasından narazılığını bildirir, buna görə bələdiyyə sədrini ittiham edirdilər.

Ana səhifəBölgəZaqatalada bələdiyyə sədrinə qarşı cinayət işi açılıb