Zakir Qaralov: Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr var

”Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”

Source:


”Casus şəbəkəsinin ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”

“Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”.

APA yazır ki, bunu iyunun 6-da baş prokuror Zakir Qaralov bildirib.

O deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyinə xələl gətirən məlumatlar, məqalələr dərc edir:

“Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur”.

Ana səhifəXəbərlərZakir Qaralov: Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr var