Zakir Qaralov aclıq aksiyası keçirənləri qəbul edib

Baş prokuror 5 gün ərzində şikayətlərə baxılacağını deyib

Source:
Aclıq aksiyası keçirənlər
Aclıq aksiyası keçirənlər


Baş prokuror 5 gün ərzində şikayətlərə baxılacağını deyib

Sentyabrın 15-də Baş prokuror Zakir Qaralov Respublika Prokurorluğunun qarşısında aclıq edən vətəndaşları qəbul edib.

Bu barədə Meydan TV-yə şikayətçilərin özləri məlumat verib.

Aclıq aksiyasına qoşulmuş Sona Məmmədova deyib ki, fərqli problemlərdən prokurorluğa üz tutanları bir ortaq nöqtə birləşdirir. Onlar səslərinin eşidilməsini, dərdlərinə çarə tapılmasını istəyirlər: “Mən 30 ilin fəhləsiyəm. Neft şirkətində – SOCAR-da işləyirəm. Sonra məni məzuniyyətə göndərdilər. Məzuniyyətdən qayıdandan sonra isə işdən azad etdilər”.

Şikayətçi Təranə Xanəlizadə isə deyir ki, oğlu 5 aydır günahsız yerə həbsdədir:

“Mənim oğlumu həbs ediblər. Məhləmizdə bir “bomj” ölüb. Bu hadisə baş verən zaman biz toyda olmuşuq. Oğlum qardaşının toyunda olub. Oğlumu şübhəli şəxs ismində saxlayıblar. Guya “bomj” ölən vaxtı kameraya düşüb”.

Şikayətçilər bu ilin fevral ayında prokurorluğun önündə kəfənli aksiya da keçirmişdilər. Vətəndaşların sözlərinə görə, uzun müddətdir Baş Prokurorluğa müraciət etmələrinə baxmayaraq, vəzifəli şəxslər onların problemlərinin həll edilməsi istiqamətində heç bir real addım atmırlar.

Son çarə olaraq, burada gecələyib, aclıq aksiyası keçirməyi düşünüblər.

Vətəndaşları qəbul edən Zakir Qaralov onlara 5 gün ərzində şikayətlərinə baxılacağını deyib.

Ana səhifəXəbərlərZakir Qaralov aclıq aksiyası keçirənləri qəbul edib