Zahid Oruc: “Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”

Deputat “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsini təklif edib

Source:


Deputat “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsini təklif edib

“Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”. ANS PRESS-in məlumatına görə, bu təkliflə deputat Zahid Oruc parlamentin martın 6-da keçirilən plenar iclasında çıxış edib.

Millət vəkili bildirib ki, xaricdə təhsil alan bəzi gənclər bəzi siyasi dairələrin təsirinə düşür.

Zahir Orucun sözlərinə görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməlidir:

“İslam Universitetinin müəllimləri dini təhsil vermək baxımından beynəlxalq standartlara cavab verməyə bilərlər. Bu baxımdan da kənar yerdən daha yüksək səviyyədə dini təhsil vermək üçün müəllimlər həmin universitetə cəlb edilə bilər. Lakin Azərbaycan gənclərinin xaricdə dini təhsil dalınca getmələrinə icazə vermək olmaz”.

Zahid Oruc qeyd edib ki, xaricdə dini təhsil qanunla qadağan olunmalıdır. O, Milli Təhlükəsizlik Nazirliyinin bu günlərdə keçirdiyi anti-terror əməliyyatını xatırladıb. Deputat deyib ki, saxlanılan gənclərdən ikisi məhz xaricdə təhsil alan olub.

“Onlar ölkədə çevriliş edərək şəriət dövləti yaratmağa cəhd ediblər. Bunun da qarşısı MTN tərəfindən alınıb. Təklifimin kökündə də bu məqamlar dayanır”.

“Yeni Müsavat” qəzetinin dini mövzulardan yazan jurnalisti Kənan Rövşənoğlu deyilənləri Meydan TV-yə belə şərh etdi: “Xaricdə oxumağa mane olmağın mexanizmi mümkün deyil. Bu baxımdan belə qadağanın effekt verməsi çətin görünür. Amma kompleks yanaşsaq, dövlət dini təhsil məsələsini tənzimləmək üçün proqram hazırlaya və bu məsələni müəyyən normativlərlə tənzimləyə bilər. Yəni xaricdə dini təhsil Təhsil Nazirliyinin xətti ilə, dövlətin dəstəyi ilə, dövlətin müəyyən etdiyi universitetlərdə aparıla bilər. Eyni zamanda, daxildə yüksək səviyyəli dini kadrların hazırlanmasını təşkil edən təhsil mərkəzləri yaradıla bilər ki, kənara qaçıb, gizli yollarla deyil, leqal və qanun çərçivəsində dini təhsil alsınlar”.

Ana səhifəXəbərlərZahid Oruc: “Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmalıdır”