Yunusların məhkəməsi təxirə salındı

Səbəb tərcüməçinin olmamasıdir

Source:


Səbəb tərcüməçinin olmamasıdir

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10-da hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusun və həyat yoldaşı, tarixçi-alim Arif Yunusun növbəti məhkəmə prosesi davam etdirilib.

Prosesi izləyən Meydan TV-nin əməkdaşı bildirib ki, məhkəmə başlamazdan öncə, məhkəməyə gələn ictimayyət nümayəndələri və  jurnalistlərin bir hissəsi məhkəmənin gözləmə zalına buraxılsa da, onların bir hissəsi çöldə qalıb. Məhkəmə başlayanda isə içəri gözləmə zalında olanlar da buraxılmayıb.

Ancaq bir müddət sonra məhkəmənin avqustun 13-nə qədər təxirə salındığı bildirilib, səbəb tərcüməçinin olmamasıdır. Leyla Yunus tərcümə olmadan, nə danışılanları başa düşəcəyini, nə də onun fikirlərinin tam anlaşacağını söyləyib.

Bu barədə Meydan TV-yə danışan vəkil Əfqan Məmmədov bildirib ki, prosesə gətirilən tərcüməçini Leyla Yunus qəbul etməyib, çünki doğru tərcümə edəcəyinə inanmayıb. Ona görə vəsatət qaldırıldı ki, onun istədiyi tərcüməçi gətirilsin, bu vəsatət qəbul olundu və proses təxirə salındı.

Ana səhifəXəbərlərYunusların məhkəməsi təxirə salındı