”Yunis Səfərovun anasına onun həbsxanada öldürülməsi barədə məlumatlar çatır”

Emin Milli: ”Onun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir”

Source:
Yunis Səfərovun fotosunu çəkərkən
Yunis Səfərovun fotosunu çəkərkən


Emin Milli: ”Onun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir”

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə günahlandırılaraq həbs edilən Yunis Səfərovun atası vəfat edib.

59 yaşlı Rafiq Səfərov ötən ilin dekabrın 22-də Moskvada ölüb.

Yunis Səfərovun anası Leyla İsmayılova Meydan TV-yə bildirib ki, Rafiq Səfərov son zamanlar oğlunun həbsxanadakı durumu ilə bağlı çox fikir edirmiş. Nəticədə qəflətən insult və infarkt keçirib.

Rafiq Səfərov Moskvanın “Перепечинское кладбище” deyilən ərazisində basdırılıb. Onun 40 mərasimi fevralın 4-də Moskvada keçiriləcək.

Leyla İsmayılova ilə söhbəti barədə öz “Facebook” səhifəsində məlumat paylaşan Meydan TV-nin direktoru Emin Millinin sözlərinə görə, Yunis Səfərovun anası çox narahatdır ki, oğlunu həbsxanada öldürüblər. Ona belə məlumatlar çatır:

“Yunis Səfərovun durumu haqqında hakimiyyət dərhal sübutlar təqdim etməlidir. Bu ailənin hüquqlarını qorumaq hər bir azərbaycanlının vətəndaş borcudur. Yunis Səfərovun məhkəməsi açıq və ictimai şəkildə keçirilməlidir”.

Yunis Səfərovun hazırkı vəziyyəti haqda Meydan TV-ni məlumatlandıran Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, Səfərov dekabrın əvvəlindən qurumun 8-ci kamerasından 31-ci kamerasına köçürülüb:

“Vəziyyəti heç də yaxşı deyil. Ona ağır işgəncələr, xüsusilə “tok” işgəncəsi verilir. Bu, ona işgəncə verilməsi kameradan gələn qışqırıq səslərindən də bilinir”.

Qurumdan Meydan TV-nin suallarını cavablandırmayıblar.


İyulun 3-də

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib.

Hadisədə əslən gəncəli olan Rusiya vətəndaşı Yunis Səfərov təqsirli bilinir.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Onun həbsindən bir neçə gün sonra hüquq-müfadiəçiləri

Yunus Səfərov

un vəziyyətindən narahat olduqlarını bildiriblər.

Ana səhifəXəbərlər”Yunis Səfərovun anasına onun həbsxanada öldürülməsi barədə məlumatlar çatır”