None

Mənbə: 

Yunis Səfərova işgəncə verib, şəkilini yayanlar kimlərdir?

“İlkin olaraq əllərini bağlayıb ağır işgəncə verərək rezin dəyənəklə, təpik, yumruqla döydülər”

“Yunis Səfərovun şəkili Gəncədə Nizami Rayon Polis İdarəsinin növbətçi hissənin saxlama məntəqəsində çəkilib”. Bu məlumatı Meydan TV-yə idarənin adının açıqlanmasını istəməyən əməkdaşı verib. Mənbə iddia edir ki, şübhəli şəxsə işgəncəni Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sərxan İsmayılovla baş əməliyyat müvəkkili Qorxmaz İbrahimov verib:

“İlkin olaraq əllərini bağlayıb ağır işgəncə verərək rezin dəyənəklə, təpik, yumruqla döydülər. Daha sonra onun şəklini çəkərək, qəsdən yaydılar ki, ictimaiyyət arasında qorxu yaransın”.

Elmar Vəliyev və Faiq Şabanov

Elmar Vəliyev və Faiq Şabanov

Mənbənin məlumatına görə, Sərxan İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qohumu və ən güvəndiyi şəxsdir.

Gəncədəki hüquq-mühafizə orqanlarında çalışan başqa bir mənbə də Yunis Səfərovla bağlı əməliyyata Sərxan İsmayılovun rəhbərlik etdiyini təsdiqləyib.

DİN-in mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Yunis Səfərovun fotosunu çəkərkən

Yunis Səfərovun fotosunu çəkərkən

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və cangüdəni silahlı hücuma məruz qalıb. Hadisə ilə bağlı Rusiya vətəndaşı Yunis Səfərov şübhəli şəxs qismində saxlanılıb. İyulun 4-də sosial şəbəkələrdə onun şəkili yayılıb. Yunis Səfərov olduğu iddia edilən həmin fotodakı şəxsin üzərində qan, işgəncə izləri var.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Yunis Səfərovun saxlanılarkən xəsarət aldığını, lakin işgəncəyə məruz qalmadığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jww975

Ən çox baxılan