Yunanıstanda meşə yanğınları nəticəsində 74 nəfər ölüb (yenilənib)

Ölkə rəhbərliyi Avropa İttifaqından yardım istəyib

Source:


***


Son məlumata görə, ölənlərin sayı 74 nəfərə çatıb.


Bildirilib ki, baş nazir Aleksis Sipras Bosniya-Herseqovinaya səfərini yarımçıq qoyaraq ölkəyə qayıdıb.

***


Ölkə rəhbərliyi Avropa İttifaqından yardım istəyib

Yunanıstanda, Afina yaxınığında meşə yanğınları nəticəsində 50 nəfər həlak olub, 100-ə yaxın insan itkin düşüb.

Xəsarət alanların çoxunun vəziyyəti kritikdir.

Sahil mühafizəsi Danimarkadan olan on turisti axtarır. Onlar yanğından qorunmaq üçün qayığa miniblər.

Bu barədə Nazirlər Kabineti

məlumat

yayıb.

Yunanıstan hökuməti Avropa İttifaqından yanğının söndürülməsində yardım istəyib.

Afina ətrafında fövqəladə vəziyyət elan olunub.

Yunanıstanın Baş naziri Aleksis Sipras deyib ki, yanğınlar nəzarətdən çıxıb.

Hazırda yanğınlar Afinanın üç tərəfində, əsasən kurort yerlərində davam edir.

Hadisə yerinə 600-ə yaxın yanğınsöndürən cəlb edilib.

Ana səhifəXəbərlərYunanıstanda meşə yanğınları nəticəsində 74 nəfər ölüb (yenilənib)