O, 1998-ci ildən FİFA-ya başçılıq edir
Mayın 29-da FİFA-nin 65-ci Konqresi keçirilib. Tədbirdə FİFA prezidentliyinə keçirilən seçkilərdə ilk turda namizədlərdən heç biri lazımı qədər səs toplaya bilməyib. Adı qalmaqallarda hallanan hazırkı prezident Yozef Blatter 133, Əli bin Əl Hüseyn isə 73 səs topladığından seçkilərin ikinci turu keçirilməli idi.
Lakin son məlumata görə, İordaniya şahzadəsi Əli bin Əl Hüseyn namizədliyi geri götürüb və bununla da Blatter növbəti müddətə prezident seçilib.
Prezident seçkilərində Azərbaycan da daxil omlaqla FİFA-ya üzv olan 209 ölkə əlifba sırası ilə səs verib.
Yozef Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir.