O, keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.
Mayın 29-da beşinci müddətə FİFA prezidenti postuna seçilmiş Yozef Blatter istefa verdiyi elan edib. O, keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.
Blatter bildirib ki, FİFA prezidentliyinə seçkilər başa çatsa və konqres üzvləri ona mandat versələr də, bu, FİFA-nın digər üzvləri və klublar tərəfindən dəstəklənmir.
FİFA prezidenti icraiyyə komitəsindən təşkilatın nvbədənkənar konqresinin çağırılmasını və yeni prezident seçilməsini xahiş edib. Həmin vaxta qədər Blatter prezident vəzifəsini icra edəcək.
1998-ci ildən FİFA-ya rəhbrlik edən Blatterin adı korrupsiya qalmaqallarında hallanırdı. Tənqidləri qəbul etməyən Blatter quruma yenidən rəhbər seçiləndən sonra bildirdi ki, istefa verməsi ittihamları qəbul etməsi anlamına gələcək.