“Sovetski” Bakının ən tanınmış məhəllələrindən hesab olunurdu. İki maşının yan-yana keçə bilmədiyi dar küçələr, iç-içə evlər…
Bu küçələr heç vaxt boş olmazdı. Zamanında bu məhəllənin öz qaydaları da vardı. Yad məhəllədən olan kimsə əl-qolunu sallayıb ərazidən keçə bilməzdi. Xüsusən qız dalınca gələn oğlanlar…
Məhəllə cavanları mental dəyərlərlə yaşadığından başqa yerdə “Sovetski uşağıyam” deməsi yetərli idi ki, ona xarakteri, münasibəti haqqında sual verməyəsən.
İndi daha “Sovetski” yoxdur. İki ildir ki, ərazi sökülə-sökülə yox edilir. “Sovetski”də tarixi və mədəniyyət abidələrinin də sayı az deyil. Amma Nazirlər Kabinetinin qərarı ilə onların adı abidələr siyahısından çıxarılıb və məhv edilir.