Yevlaxda özünü yandıran əlilin vəziyyəti ağırlaşıb

Züfiyyə Kərimova, yanvarın 27-də ailəsinə sosial yardım verilməməsinə etiraz edərək Yevlax rayon Sosial Müdafiə Fondunun qarşısında özünü yandıran 45 yaşlı Nizami Kərimovun həyat yoldaşıdır. O, Yevlağın İcra başçısı Qoca Səmədovun ikinci qrup əlil olan Nizami Kərimovun hadisəni içkili vəziyyətdə törətməsi haqda dediklərinə də münasibət bildirir.

“Yevlax Icra Hakimiyyətinin başçısı deyib ki bu adam əqli cəhətdən problemlidir, hemin vaxt da içkli olub. Elə adam 10 illik məktəb bitirər? 20 illik ailəsi, üç uşağı sağlam, olar? Olmaz. Indi Qoca Səmədov dediyi sözünün arxasında durub mənə sübut eləsin”.

Ana səhifəVideoYevlaxda özünü yandıran əlilin vəziyyəti ağırlaşıb