”Yeriməyim üçün 10 min manat pul lazımdır”

Şəki şəhər sakini, döyüş növbəsində yaralanan Vüsal Hümmətov baxımsızlıqdan şikayətlənir.

Source:

Şəki şəhər sakini Vüsal Hümmətov baxımsızlıqdan şikayətlənir. O, 2010-cu ildə Tərtər rayonunun N saylı hərbi hissəsində döyüş növbəsində olarkən yaralandığını deyir. 3 ay hərbi hospitalda müalicə olunduqdan sonra evə buraxılan əsgər hazırkı vəziyyətini belə şərh edir: “Hərbi biletimə hərbi qulluqda olarkən yaralandığım üçün “yararsız” yazılıb. O vaxt 3 ay müalicədən sonra evə gəlmişəm. Bir dəfə də məni axtaran olmayıb. Özüm dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişəm. Məndən sonra müraciət edənləri dəfələrlə müalicəyə göndərsələr də, məni göndərmirlər”.

V.Hümmətov deyir ki, xaricdə yaşayan qohumlarından öyrəndiyinə görə, müalicəsi mümkündür:

“Mənim yeriməyim üçün 10  min manat pul lazımdır. Ukraynadakı həkimlərdən öyrənmişik. Bu məbləğ olsa, məni ayağa qaldıra bilərlər”.

Meydan Tv məsələ ilə bağlı Müdafiə Nazirliyinin sözcüsü Vaqif Dərgahlıyla əlaqə saxlayıb. V.Dərgahlı Meydan Tv-dən zəng vurulduğunu biləndə, dəstəyi asıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözcüsü Elman Babayev bildirib ki, nazirlik V.Hümmətova həmişə kömək olub:

“Biz həmin şəxslə əlaqə saxladıq. Ümumiyyətlə, nazirlik işçiləri  dəfələrlə onunla görüşüblər. İndi də də danışdıq. Bu ilin təxminən oktyabr ayında onu müalicəyə göndərəcəyik”.

Ana səhifəXəbərlər”Yeriməyim üçün 10 min manat pul lazımdır”