Məqalə
JAMnews
saytında dərc olunub.
Politoloq Aleksandr İskandaryan hesab edir ki, Azərbaycan Qarabağda, Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində hərbi əməliyyatlara əvvəlcədən hazırlaşıb:
“Bu miqyasda aksiyalar təsadüfi ola bilməz. Üstəlik Stepanakert (Xankəndi) son 26 il ərzində ilk dəfədir ki, atəşə tutulur. Orada Türkiyənin TRT dövlət telekanalının olması, hərbi əməliyyatların ilk dəqiqələrindən işləməsi də buna dəlalət edir. Hadisələrin necə inkişaf edəcəyi və Ermənistan hakimiyyətinin necə reaksiya verəcəyi eskalasiya miqyasından asılıdır”.
Bunun nə demək olduğu, genişmiqyaslı hərbi əməliyyatların niyə məhz indi başladığı ilə bağlı suala Aleksandr İskandaryan belə cavab verib:
“Artsaxda (Qarabağ) eskalasiya az əvvəlki – bu ilin iyulundakı uğursuzluqdan sonra Azərbaycan hakimiyyətinin revanşist əhvalı ilə izah oluna bilər. Azərbaycan hakimiyyəti məyusluq hiss edir və müəyyən mənada va-bank gedib. Bu, qəbul edilən qərarların çox vaxt nəinki rasional, hətta emosional olduğunu göstərir. Bir də nəzərə almaq lazımdır ki, Azərbaycan spesifik rejimi olan mürəkkəb ölkədir. Və Azərbaycan elitası sıralarında son hadisələrdən çox əvvəl məlum olan ciddi problemlər var”.