Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.
Bu barədə o “Twitter” səhifəsində paylaşım edib.
“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”, – deyə Kılıc yazıb.
“Xilasedicilər 10 yaralı, 6 ölü və 21 avtomobili dağıntılar altından çıxarıblar”
Ermənistanın paytaxtı Yerevandakı “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.
Ermənistan mediası Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyana istinadən məlumat yayıb.
“Xilasedicilər 10 yaralı, 6 ölü və 21 avtomobili dağıntılar altından çıxarıblar”,-deyə Hayk Kostanyan qeyd edib.
H.Kastanyan yanğının söndürülməsi işlərinə 350 xilasedicinin cəlb edildiyini bildirib.
Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 357-ci maddəsinin 2-ci bəndi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), habelə 358-ci maddəsinin 2-ci hissəsi (saxlama qaydalarını pozma, ehtiyatsızlıqdan insanın ölümünə və ya digər ağır nəticələrə səbəb olan yanar və ya yanar materialların daşınması, çatdırılması və ya istifadəsi) ilə cinayət işi başlanıb.
Avqustun 14-də “Surmalu” Ticarət Mərkəzində partlayış baş verib. İlkin məlumatlarda xəsarət alanların sayı 60 nəfərdən çox idi.