Yerevan Rusiya ilə qırıcı təyyarələrin alınması barədə danışıqlar apardığını deyir

Azərbaycanın Prezidenti İlham Əliyev avqustun 12-də Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qeyd edib ki, Ermənistana intensiv şəkildə hərbi təyinatlı yüklərin daşınması barədə məlumatlar var.

Source: авфыафыа

Məqalə

"Kаvkаzski uzel"

saytında dərc olunub.

“Göndərilmə 102-ci Rusiya bazasının fəaliyyəti çərçivəsində həyata keçirilir”

“Yerevan Rusiya ilə “Cy-30CM” qırıcı təyyarələrinin alınması barədə danışıqlar aparır”, – Ermənistanın Müdafiə naziri David Tonoyan xəbər verib.

“Cy-30CM” qırıcı təyyarələrinin alınması ilə bağlı müqavilə hələ 2012-ci ildə bağlanıb, lakin sifarişçinin maliyyə çətinlikləri səbəbindən qüvvəyə minməyib.

2019-cu ilin yanvarında Yerevan dörd ədəd “Cy-30M” alıb. İndi Ermənistan hökuməti Rusiya ilə növbəti qırıcı təyyarə partiyasının alınması ilə bağlı danışırlar aparır, – TACC Ermənistanın Müdafiə naziri David Tonoyana əsaslanaraq yazır.

Tonoyan həmçinin xəbər verib ki, Ermənistanda hərbi sənaye kompleksi sahəsində dörd özəl Ermənistan-Rusiya şirkətinin yaradılması planlaşdırılır.

Müdafiə naziri Ruiyadan hərbi təyinatlı yükün gətirilməsinə də şərh verib. “Göndərilmə 102-ci Rusiya bazasının fəaliyyəti çərçivəsində həyata keçirilir. Rusiya indi Ermənistana hərbi təyinatlı yük göndərmir. Biz bunu müstəqil şəkildə edirik”, – “İnterfaks” ondan sitat gətirir.

Azərbaycanın Prezidenti İlham Əliyev avqustun 12-də Rusiyanın prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qeyd edib ki, Ermənistana intensiv şəkildə hərbi təyinatlı yüklərin daşınması barədə məlumatlar var.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu avqustun 25-də Bakıya səfəri zamanı bəyan edib ki, daşımalar 102-ci bazanın Ermənistan ərazisində sosial obyektlərin inşası ilə bağlıdır. “Bizim hərəkətlətimiz və addımlarımız heç vaxt Aazərbaycana qarşı yönəlməyib, bu gün də eyni mövqedəyik”, – o bəyan edib.

Qarabağ münaqişəsinin eskalasiyası iyulun 12-də baş verib. Azərbaycan Ermənistanı onun mövqelərinə hücuma keçmək cəhdlərində günahlandırıb. Ermənistan tərəfinin versiyasına görə, səbəb Azərbaycan tərəfinin hücum cəhdi olub. Rəsmi məlumata görə, iyulun 12-dən 27-dək Ermənistan tərəfdən altı hərbçi həlak olub, 35 hərbi qulluqçu, iki polis və bir dinc sakin yaralanıb. Azərbaycan hökuməti 13 nəfərin həlak olması (12 hərbçi və bir dinc sakin) və dörd hərbçinin yaralanması barədə xəbər verib. Bu barədə “Qafqazski uzel”in “İyul kəskinləşməsi: Yerevanla Bakı arasında yeni döyüşlər haqqında əsas olanlar” məqaləsində yazılıb.

2016-cı il sentyabrın 21-də Yerevandakı hərbi paradda ilk dəfə Rusiya istehsalı olan və erməni ordusunda istifadə edilən “İsgəndər” raket kompleksləri nümayiş etdirilib. 2017-ci ilin oktyabrında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Belarusa – “Polonez” yaylım atəşi sisteminin istehsalçı ölkəsinə rəsmi səfər edib. Onun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun hərbi sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub. Elə həmin vaxt Azərbaycanən “Polonez” komplekslərinin alınması barədə razılığa gəldiyi xəbər verilirdi. İyunun 11-də Azərbaycan Belarus və İsrail istehsalı olan yeni raket komplekslərini nümayiş etdirib. Bununla yanaşı, Azərbaycan silahlı qüvvələrində Rusiya istehsalı olan zenit-raket sistemləri, o cümlədən C-300PM2 “Favorit”, “Xrizantema” özügedən tankəleyhinə raket kompleksləri də var, “Yeni silah: Azərbaycan nə ilə döyüşməyə hazırlaşır” məqaləsində yazılır.

Ana səhifəXəbərlərYerevan Rusiya ilə qırıcı təyyarələrin alınması barədə danışıqlar apardığını deyir